Modern.az

Qubada regional QHT-lər üçün seminar keçirilib

Qubada regional QHT-lər üçün seminar keçirilib

Qarabağ

24 İyun 2010, 10:13

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  Quba QHT-lərin Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə layihə təklifinin hazırlanması və layihə idarə olunması, QHT-lərdə mühasibat uçotunun aparılması mövzularında seminar keçirib.

 

Şuradan Modern.az-a bildirlib ki, region QHT-ləri rəhbərləri və mühasiblərinin, eləcə də yerli ictimai qurum və icra strukturları nümayəndələrinin qatıldığı bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov iştirak edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır