Modern.az

Türkiyədə 4.8 bal gücündə ZƏLZƏLƏ

Türkiyədə 4.8 bal gücündə ZƏLZƏLƏ

Dünya

16 Mart 2026, 11:58

Türkiyənin Aralıq dənizi sahillərində güclü zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ 4,8 bal gücündə olub. Yerli vaxtla saat 09:46 radələrində baş vermiş zəlzələnin episentri Aralıq dənizi, yeraltı ocağı isə 15 kilometr dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB