Modern.az

9-cu siniflərin buraxılış imtahanlarının nəticələri açıqlandı

9-cu siniflərin buraxılış imtahanlarının nəticələri açıqlandı

Ölkə

24 İyun 2010, 10:23

Modern.az-ın məlumatına görə, orta məktəblərin IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri Təhsil Nazirliyinin saytında (www.edu.gov.az) yerləşdirilib. Orada şagirdələr imtahan fənləri üzrə şəhadətnaməyə yazılacaq qiymətlər haqqında məlumatlar əldə edə bilərlər. Təhsil Nazirliyi bəyan edib ki, imtahanın nəticələrindən narazı qalan şagirdlər öz şikayətlərini təhsil aldıqları şəhər və rayon təhsil şöbələrinə təqdim edə bilərlər. Buraxılış imtahanı ilə bağlı apelyasiya şikayətlərinə iyunun 26-dək baxılacaq. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı