Modern.az

Azərbaycanda mobil internet sürəti artıb

Azərbaycanda mobil internet sürəti artıb

Aktual

16 Mart 2026, 12:17

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” fevral ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

Modern.az xəbər verir ki, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,27 Mb/s, mobil internetin median sürəti isə 94,95 Mb/s olub.

Yanvar ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 1,39 MB/s və ya 1,55%, mobil internetin sürəti isə 2,32 Mb/s və ya 2,50% yüksəlib.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Sizə yeni x var
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi