Modern.az

Azərbaycan faktları barədə sayt istifadəyə verilib

Azərbaycan faktları barədə sayt istifadəyə verilib

24 İyun 2010, 10:27

Azərbaycan  Respublikasının  Prezidenti  yanında   QHT-yə  Dövlət  Dəstəyi Şurasının  vəsaiti hesabına   Sosial  Rifah  və  Tədqiqatlar  İctimai Birliyi    “Ermənistan-Azərbaycan   münaqişəsinin  tədqiqatı  və  həqiqətlərin beynəlxalq  aləmə çatdırılması”  layihəsini   həyata keçirir.

Layihə  çərçivəsində  yaradılan  Fakt Azərbaycan  (www.fact-info.az)  internet saytı  artıq  istifadəyə verilib.   Saytda  Ermənistan-Azərbaycan münaqişəsi  haqqında  informasiyalara, Qarabağın   tarixi, mədəniyyəti,  incəsənəti, təbiəti  ilə bağlı məlumatlara,  elmi tədqiqatlara  yer  ayrılıb.

 Saytdakı  “Quba məzarlığı” bölməsi 1918-ci ildə  baş verən soyqırımla bağlı  tədqiqatlara və   həmin  bölgədə hazırda yaşayan  tarixın  canlı şahidləri olan yaşlı insanlarlardan  alınan  müsahibələrə və digər informasiyalara həsr olunub.   Fakt Azərbaycan  (www.fact-info.az) internet  saytı Azərbaycan  və  ingilis dillərində    fəaliyyət  göstərərək  həqiqətləri  beynəlxalq ictimaiyyətə   çatdıracaq.   Fakt  Azərbaycan   yalnız  layihə çərçivəsində deyil, sonrakı  dövrlərdə  də analitik sayt kimi fəaliyyətini davam etdirəcək.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi