Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Facebook sosial şəbəkəsinin ələ keçirə bilmədiyi 3 ölkə qalıb. Facebook yaradıcısı Mark Zuckerberg dünyada sosial şəbəkədə lider olmadığı yalnız 3 ölke qaldığını açıqlayıb.
Facebook qurucusu Mark Zuckerberg ötən gün Beynəlxalq Kann Lions Reklam Festivalına qatılıb. Burada çıxış edən Zuckerberg bildirib ki, Facebook qlobal böyüməsini artıq tamamlayıb.“İndi 500 milyon istifadəçimiz var. Dünyada sosial şəbəkələrdə lider olmadığımız yalnız 3 ölkə qalır: Rusiya, Yaponiya və Çin. Bu ölkələrlə birlikdə ilin sonuna qədər 1 milyard istifadəçimizin olacağına inanıram. Məsələn, indi Rusiyada sadəcə 1 milyon istifadəçimiz var”. Modern.az