Modern.az

Anar Məmmədov beynəlxalq təşkilata üzv seçildi

Anar Məmmədov beynəlxalq təşkilata üzv seçildi

İqtisadiyyat

3 İyun 2014, 14:56

“Bildiyiniz kimi, bir müddət əvvəl “Garant Media Holding” və nüfuzlu Milli Coğrafiya Cəmiyyəti (National Geography Society) arasında bütün dünyada məşhur National Geogprahic jurnalının Vətənimiz Azərbaycanda, doğma dilimizdə nəşri haqqında saziş imzalandı.
Bu razılaşma sayəsində, artıq hər bir azərbaycanlı oxucu planetimizdə baş verən hadisələr, ekologiya, təbiətlə daha yaxından və ən əsas da öz doğma dilində tanış olacaq”.
Modern.az xəbər verir ki, bunu “Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov bildirib.

A.Məmmədovun sözlərinə görə, National Geopgraphic jurnalının Azərbaycanda dərc olunması istiqamətində həyata keçirilən tədbirlər, bu məqsədlə atılmış xeyriyyə xarakterli addımlar Milli Coğrafiya Cəmiyyətinin diqqətindən yayınmayıb.

“Belə ki, mən 2013-cü ildən Milli Coğrafiya Cəmiyyətinin nəzdində fəaliyyət göstərən, məqsədi insanları planetin qayğısına qalmaq üçün ruhlandırmaq naminə xeyriyyə fəaliyyəti ilə fərqlənən təsisçilər arasından 60 üzvün aşkarlanması və müəyyənləşdirilməsindən ibarət olan Beynəlxalq Məsləhətçilər Şurasına üzv seçildim.
Düşünürəm ki, bir azərbaycanlının belə mötəbər qurumda təmsil olunması təkcə mənim deyil, bizlərin hər birimizin uğurudur!”.

Qeyd edək ki, “Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur. O həm də Azərbaycan Qolf Federasiyasının prezidentidir.



Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?