Modern.az

Obama İlham Əliyevə məktub yazdı

Obama İlham Əliyevə məktub yazdı

İqtisadiyyat

3 İyun 2014, 16:03

Modern.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub göndərib. Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Bakıda 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının açılışı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi salamlarımı çatdırıram.
Azərbaycan qlobal enerji təchizatına töhfə verilməsində önəmli rol oynayır və gələcək illərdə Avropanın əsas qaz təchizatçısına çevriləcəkdir. “Cənub” qaz dəhlizinin reallaşdırılması Azərbaycan ilə beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edəcəkdir. Amerika Birləşmiş Ştatları sözügedən layihənin həyata keçirilməsini Avropanın qaz təchizatının genişləndirilməsi istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir və bu işə kömək etməyə hazırdır.
Ölkənizin enerji təchizatçısı kimi rolu iqtisadiyyatın şaxələndirilməsinə və qanunun aliliyinin gücləndirilməsinə imkan verəcək və Azərbaycan xalqının rifahını yaxşılaşdıracaqdır. Birləşmiş Ştatlar həmin məqsədlər istiqamətində davamlı əməkdaşlığımıza yüksək dəyər verir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür