Modern.az

Borçalıda Novruz qeyd olunmayacaq - SƏBƏB

Borçalıda Novruz qeyd olunmayacaq - SƏBƏB

Diaspor

19 Mart 2026, 14:27

Gürcü Pravoslav Kilsəsinin rəhbəri II İlyanın vəfatı ilə əlaqədar Gürcüstanda bayram şənlikləri ləğv edilir.

Modern.az xəbər verir ki, əksəriyyətini etnik azərbaycanlıların təşkil etdiyi Kvemo-Kartli regionunda bu münasibətlə Novruz şənlikləri keçirilməyəcək.

Belə ki, Qardabani və Marneuli bələdiyyələri Novruz və Ramazan bayramları ilə bağlı şənlikləri ləğv ediblər.

Qərar ümumxalq matəmi ilə əlaqədar qəbul edilib. Açıqlamada patriarxın ölümünü "böyük, tarixi bir itki" adlandırılaraq, onun onilliklər boyu mənəvi güc və birliyin simvolu olduğu vurğulanıb. 

Xatırladaq ki, II İlya 17 martda 93 yaşında vəfat edib. Ölkədə 22 marta qədər matəm elan edilib. Dəfn mərasimi 22 martda Sioni Katedralında keçiriləcək.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı