Ötən gecə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Modern.az xəbər verir ki, Türkiyə "Samsunspor" klubu İspaniyada "Rayo Valyekano"ya 1:0 hesabı ilə qalib gəlsə də, ilk oyunda 1:3 hesablı məğlubiyyətə uğradığından növbəti mərhələyə çıxa bilməyib.
Beləliklə, cavab oyunlarından sonra 1/4 final cütləri məlum olub:
"Şaxtyor Donetsk" (Ukrayna) — "AZ Alkmaar" (Niderland)
"Kristal Palas" (İngiltərə) — "Fiorentina" (İtaliya)
"Rayo Vallekano" (İspaniya) — AEK (Yunanıstan)
"Maynts 05" (Almaniya) — "Strasburq" (Fransa)