Modern.az

Poroşenkonun inauqurasiyasına 20 dövlət lideri gələcək

Poroşenkonun inauqurasiyasına 20 dövlət lideri gələcək

4 İyun 2014, 11:35

Ukraynanın yeni prezidenti seçilən Pyotr Poroşenkonun iyunun 7-də keçiriləcək inauqurasiyasında iştirak etmək üçün göndərilən dəvətə artıq 20 ölkənin dövlət başçısı müsbət cavab verib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, mərasimdə ABŞ-ı vitse-prezident Co Bayden təmsil edəcək. Onun başçılıq etdiyi nümayəndə heyəti Kiyevə ayın 7-də gələcək.

Qeyd edək ki, keçmiş prezident Viktor Yanukoviçin inauqurasiya mərasimində ABŞ aşağı ranqlı məmurları göndərmişdi. Fəxri qonaqlar arasında Avropa ölkələrinin liderləri üstünlük təşkil edəcək. Mərasimə Polşa prezidenti Bronislav Komarovski, Litva prezidenti Dalya Qribauskayte, İsveçrə prezidenti Didye Burkhalter, Avropa Şurasının prezidenti Herman van Rompey, ATƏT-in baş katibi Lamberto Zanyer şəxsən qatılacaqlar. 



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir