Modern.az

“Siyasilərin elmi fəaliyyəti”: Nobel mükafatçısını müdafiə etmiş Zərdüşt Əlizadə

“Siyasilərin elmi fəaliyyəti”: Nobel mükafatçısını müdafiə etmiş Zərdüşt Əlizadə

4 İyun 2014, 12:23

Əvvəlcə danışmağa razılıq vermədi. Səbəb kimi isə bildirdi ki, “mən siyasi adam deyiləm ki, elmi fəaliyyətimi də soruşasınız. Mən jurnalistika ilə məşğulam, analitikəm, maarifçilik işləri görürəm”. Dedik ki, eybi yox, əsas odur ki, elmi fəaliyyətiniz olub. “Elmi fəaliyyət? Məmnuniyyətlə. Mən 19 il Akademiyada işləmişəm”.

Beləliklə, Modern.az-ın “Siyasilərin elmi fəaliyyəti” rubrikasından sizə bu dəfə vaxtilə Sosial-Demokrat Partiyasının həmsədri olmuş, keçmiş prezidentliyə namizəd Zərdüşt Əlizadənin elmi fəaliyyəti barədə məlumat verəcətik.  

Əvvəlcə onu deyək ki, Z.Əlizadənin elmi fəaliyyətinin kökündə onun böyüdüyü evin müstəsna xidməti olub. Anası Zinət Əlizadə filoloq, atası Məmmədmübariz Əlizadə isə şərqşünas idilər. Bakı Dövlət Universitetində müəllimlik edən valideynlərin hər üç övladı da bu ali təhsil ocağını bitirib. Araz və Zərdüşt Əlizadələr universitetin – şərqşünaslıq, Nüşabə Əlizadə – filologiya fakültəsinin məzunu olub.

Zərdüşt Əlizadə 1946-cı ildə Bakı şəhərində anadan olub]. 1964-cü ildə 132 saylı orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib.

1969-1971-ci illərdə Misirdə və 1973-1976-cı illərdə Cənubi Yəməndə mütərcim işləyib.

1971-ci ildən 1990-cı ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi olub. Filologiya elmləri namizədidir.

Z. Əlizadə elmdən nə təhər soyuyubsa, elmə yenidən qayıdıb-qayıtmayacağı  barədə sualımızı bu cür cavablandırdı:

- Nəyimə lazımdır?! Elm məni qəti maraqlandırmır!

Amma keçdiyi elmi yol barədə Modern. az-a danışdı:

”Hələ tələbə ikən elmi cəmiyyətinin fəalı olmuşam. Müəllimlərimin rəhbərliyi altında elmi işlər aparmışam. Rəhmətlik Tariyel Həsənov mənə materiallar verib və köməyini əsirgəməyib. Leninqradda məruzə ilə çıxış etdim, xoşlarına gəldi və mənə Leninqrad Dövlət Universitetinin aspiranturasını təklif etdilər. Xaricdəki fəaliyyətimdən sonra bura qayıtdım və Akademiyanın Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsində çalışdım. Tarix, Şərq ədəbiyyatı və fəlsəfə üzrə araşdırmalar etdim. Nobel mükafatı laureatı Nəcib Məhfuzun ədəbi fəaliyyəti əsasında elmi iş yazmışam. Elmi işimin adı belədir: “Müasir Misir poeziyasında antiburjua meyllərinin güclənməsi”. Namizədlik dissertasiyam olub. Amma indi elmdən uzaqlaşmışam yalnız  jurnalistika ilə məşğulam. Elmdən qazancım o oldu k, siyasi proseslərə elmi yanaşa bildim. Elm məni indi heç maraqlandırmır. Nəyimə lazımdır? Akademiyada çalışarkən bir çoxlarına elmi işlərində kömək etmişəm”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər