Modern.az

Bakıda MTK sədri barəsində cinayət işi məhkəməyə göndərildi

Bakıda MTK sədri barəsində cinayət işi məhkəməyə göndərildi

İqtisadiyyat

4 İyun 2014, 14:32

“Yüksəliş-C” Mənzil-Tikinti Kooperativinin sədri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda bildirilir ki, aparılmış istintaqla kooperativin təsisçisi və sədri Xaləddin Bağışovun öz qulluq mövqeyindən sui-istifadə edib mənzil tikintisi haqqında müqavilələrə və maliyyə arayışlarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə kooperativ tərəfindən Xətai rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzillərin və qeyri-yaşayış sahələrinin bir hissəsini təkrarən ayrı-ayrı şəxslərə satdığı müəyyənləşib. Onun 702 min manat məbləğində vəsaiti, payçılardan birinə 3 otaqlı mənzil əvəzinə 2 ədəd bir otaqlı mənzil verəcəyini vəd edərək bir mənzili rəsmiləşdirib digər  mənzilə dair heç bir sənəd verməyərək 44 min manat məbləğində özgəyə məxsus külli miqdarda əmlakı dələduzluq yolu ilə ələ keçirməsində, həmçinin 369 min manat dəyərində qeyri-yaşayış sahəsini ayrı-ayrı şəxslərə sataraq onların hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında və digər qanunsuzluqlara yol verməsində şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı