Bu səhər Amerika-İsrail aviasiyası İranın Natanz şəhərindəki nüvə zənginləşdirmə qurğusuna zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
İran kütləvi informasiya vasitələrinin məlumatına görə, bu kompleksdə radioaktiv materialların sızması barədə heç bir məlumat yoxdur və qurğuya bitişik ərazilərin sakinləri üçün təhlükə yaranmayıb.