Modern.az

“Azəriqaz” 100 nəfəri işdən azad edib

“Azəriqaz” 100 nəfəri işdən azad edib

5 İyun 2014, 09:47

“Artıq Bakı şəhəri və Abşeron rayonu üzrə ştatları ləğv olunan 136 xətt baxıcısından 100 nəfəri işdən azad edilib”. Bunu Modern.az saytına açıqlamasında Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin sözçüsü Araz Ağyev deyib.
“100 nəfərdən 82 nəfəri orta əmək haqqının 5 misli barədə razılaşmaya imza ataraq işdən ayrılıb. 18 nəfəri verilən vaxta qədər həmin kompensasiya üçün razılaşmaya qol çəkmədiklərinə görə  orta aylıq əmək haqının 1 mislini alaraq işdən ayrılıb. Yerdə qalan 36 nəfərdən 11 nəfəri işlə təmin olunub, 13 nəfəri xəstədir, 6 nəfəri isə analıq məzuniyyətindədir”.

“Azəriqaz” rəsmisi bildirib ki, həyata keçirilən proses zamanı Əmək Məcəlləsinin 78 və 79-cu maddələrinin tələblərinə tam riayət olunub. “Şəhid, müaharibə ailələri, işdə saxlanması üstünlüyü olan şəxslərə birinci növbədə iş təklif olunub. Sadəcə, işdən azad olunan insanların bir hissəsi təklif olunan işlə razılaşmayaraq, verilən kompensasiyanı alıb, işdən ayrılıblar”.

Qeyd edək ki, “Azəriqaz” İB-də struktur dəyişikliyi ilə bağlı 136-a yaxın qadın işçi ixtisara düşüb. Onlara mayın 31-nə qədər razılıq yolu ilə işdən ayrılacaqları təqdirdə orta əmək haqqının 5 misli qədər kompensasiya təklif olunmuşdu. Verilən vaxta qədər ərizələrini imzalamayanlar bu kompensasiyadan məhrum edilib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!