Modern.az

Kənd Təsərrüfatı Nazirliyi Baş Prokurorluğa şikayət etdi

Kənd Təsərrüfatı Nazirliyi Baş Prokurorluğa şikayət etdi

İqtisadiyyat

5 İyun 2014, 12:37

“Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyasının 2014-cü il 8 aprel tarixli qərarına uyğun olaraq 2013-cü ilin payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün Nazirliyin mütəxəssisləri tərəfindən İmişli rayonunda monitorinq keçirilib”.

Bu barədə Modern.az-a Kənd Təsəsrrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aparılan monitorinq zamanı İmişli rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən  Nazirlər Kabinetinin  2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına  yardım verilməsi Qaydaları”nın tələblərinə əməl olunmadığı müəyyən edilib.

Aparılan monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib.

Ayşən Möhsünlü

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı