Modern.az

Gəncə ermənisindən Yerevana 5 milyonluq hədiyyə

Gəncə ermənisindən Yerevana 5 milyonluq hədiyyə

Dünya

5 İyun 2014, 16:42


Bu gün Ermənistanın paytaxtı Yerevan şəhərində yeni fiqurlu konkisürmə məktəbinin təməlqoyma mərasimi keçirilib. Modern.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Yerevanın Malatiya-Sebastiya rayonu ərazisində tikiləcək konkisürmə məktəbinin açılışında həmçinin, Rusiya Dövlət Dumasının deputatı, dəfələrlə fiqurlu konkisürmə üzrə dünya və 3 qat Olimpiya çempionu olmuş İrina Rodnina iştirak edəcək.

2015-ci ildə istifadəyə verilməsi nəzərə tutulan layihəni bütünlüklə Rusiyada fəaliyyət göstərən “MonArx” şirkətlər qrupunun prezidenti Sergey Ambartsumyan maliyyələşdirəcək. 500 nəfərlik tamaşaçı məktəbin tikintisinə o, 5 milyon dollar xərcləyəcək.

Xatırladaq ki, Sergey Ambartsumyan 1952-ci il noyabrın 3-də Azərbaycanın Gəncə (o zamankı Kirovadab) şəhərində dünyaya göz açıb və yeniyetməlik illərinə qədər bu şəhərdə yaşayıb.

 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir