İran ABŞ ilə danışıqlarda bir sıra sərt tələblər irəli sürüb.
Modern.az xəbər verir ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, Tehran körfəz bölgəsində yerləşən bütün ABŞ hərbi bazalarının bağlanmasını, Hörmüz boğazından keçən gəmilər üçün yeni qaydaların tətbiq olunaraq İrana ödəniş mexanizminin yaradılmasını, İrana qarşı bütün sanksiyaların ləğv edilməsini və ABŞ tərəfindən hərbi əməliyyatların yenidən başlamayacağına dair zəmanət verilməsini tələb edir.
Bununla yanaşı, İran İsrailin Livanda “Hizbullah” hərəkatına qarşı zərbələrdən imtina etməsini istəyir, həmçinin öz raket proqramının məhdudlaşdırılması və ya ləğvi ilə bağlı hər hansı danışıqların aparılmasını qəbul etmədiyini bildirir.