Modern.az

Gəncədə “Renault" aşdı, ailənin 4 üzvü yaralandı

Gəncədə “Renault" aşdı, ailənin 4 üzvü yaralandı

Ölkə

25 Mart 2026, 20:10

Gəncənin Cavad Xan qəsəbəsində ağır qəza baş verib.

Modern.az xəbər verir ki, “Renault Megane” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

İlkin məlumata görə, qəzada 9 yaşlı Y. Hümbətov, 14 yaşlı T. Hümbətova və daha  iki nəfər müxtəlif dərəcəli bədən xəsatləri alıb. Yaralıların bir ailənin üzvü olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

(Qafqazinfo)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran generallarını tələyə saldılar - Şoka salan KÜTLƏVİ ÖLÜM