Modern.az

MEDİA jurnalistin vəfatı ilə bağlı başsağlığı verdi

MEDİA jurnalistin vəfatı ilə bağlı başsağlığı verdi

Media

27 Mart 2026, 09:58

MEDİA tanınmış jurnalist Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.

“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist, Vətən müharibəsi iştirakçısı Rəşad Baxşəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”, - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, mərhum jurnalist səhər saatlarında ürək çatışmazlığı səbəbilə dünyasının dəyişib.

Məlumat üçün bildirək ki, o, uzun müddət “Şərq” qəzetində, daha sonra isə “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. R.Baxşəliyev  “Qubadlının azad olunmasına görə” medalı, “Tərəqqi” medalı ilə təltif edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı