Modern.az

Hansı mərtəbədə yaşamaq sağlamlıq üçün problem yarada bilər?

Hansı mərtəbədə yaşamaq sağlamlıq üçün problem yarada bilər?

İqtisadiyyat

6 İyun 2014, 20:31


Hazırda çoxmərtəbəli binalarda mənzil almaq çox dəbdədir. İmkanından asılı olmayaraq əksər insanlar belə mənzil sahibi olmaq arzusundadırlar. Mənzili əldə etmək imkanında olanlar isə yeni tikilmiş “göydələn”in yuxarı mərtəbələrində ev almağa can atırlar. Bunu belə əsaslandırırlar ki, binanın yuxarı qatından şəhərin ümumi mənzərəsi və xüsusilə də dəniz daha yaxşı görünür. Amma nədənsə bu seçimi edənlər sadəcə öz sağlamlıqları haqqında düşünmürlər.

Modern.az-ın məlumatına görə, həkimlər bildirirlər ki, 7-ci mərtəbədən yuxarıda olan mənzillərdə yaşamaq insan sağlamlığı üçün ciddi problemlər yarada bilər. Belə ki, orqanizm üçün vacib olan yerin maqnit sahəsinin zəifləməsi bir çox xəstəliklərin başlanğıcı üçün şərait yaradır. Məhz yerin maqnit sahəsi artıq 7-ci mərtəbədən başlayaraq zəifləyir ki, bu da sanitar normalara cavab vermir.

Geomaqnit sahənin zəifləməsi insanın ürək-damar, sinir və immun sisteminə mənfi təsir göstərərək orqanizm üçün gərginlik yaradır, bədənin artıq yüklənməsinə və çalışmasına səbəb olur.

Bununla yanaşı mütəxəssislər binanın hansı materialdan tikilməsi ilə bağlı da nəticəyə gəliblər. Belə ki, beton binada maqnit səhəsi 10 faiz, kərpic binada 7 faiz, ağacdan tikilmiş evlərdə isə 1 faiz zəifləyir.

Odur ki, “göydələn”lərdə mənzil almaq arzusu olub imkanı çatmayanlar heç də ürəklərini sıxmasınlar. Hündür mərtəbələrdən xəstələnmək riski ilə Xəzəri seyr etməkdənsə, elə Xəzərin sahilində köhnə dədə-baba evlərində yaşamaq daha sərfəlidir.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı