Modern.az

Azərbaycanda ucuzlaşan və bahalaşan ərzaq mallarının SİYAHISI açıqlandı

Azərbaycanda ucuzlaşan və bahalaşan ərzaq mallarının SİYAHISI açıqlandı

İqtisadiyyat

6 İyun 2014, 22:24

Modern.az
xəbər verir ki, Dövlət Statistika Komitəsi Azərbaycanda ucuzlaşan və bahalaşan ərzaq mallarının siyahısını açıqlayıb.
Komitənin məlumatına görə, 2014-cü ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb.

”Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, balıq və balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, qatığın, şorun, yumurtanın, bananın, alçanın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın, sarımsağın, kartofun, qurudulmuş üzümün, qurudulmuş xurmanın, şəkər tozunun qiymətlərində ucuzlaşma, düyünün, makaron və vermişelin, kərə yağının, zeytun yağının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, kökün qiymətlərində isə bahalaşma müşahidə olunub.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür