Modern.az

Putinlə Poroşenko nələri müzakirə edib? – TƏFƏRRÜAT - FOTOLAR

Putinlə Poroşenko nələri müzakirə edib? – TƏFƏRRÜAT - FOTOLAR

7 İyun 2014, 10:16

 

Rusiya prezidenti Vladimir Putinin Ukrayna dövlət başçısı Pyotr Poroşenko ilə qısa danışığının detalları bəlli olub.

Modern.az xəbər verir ki, hər iki dövlət rəhbəri Ukraynadakı böhranı müzakirə ediblər. “Röyters” xəbər agentliyinin Fransa prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə böhranın həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Məlumata görə yaxın günlərdə barışığın əldə olunması üçün də bəzi detallar da müzakirə ediləcək. Bununla yanaşı Ukrayna böhranının iqtisadi nəticələri haqqında da söz açılıb.

Fransa rəhbərliyi hesab edir ki, bu görüş Rusiyanın Ukraynadakı seçkiləri tanımaq yolunda ilk addım ola bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da yazılanları təsdiq edib.   Qeyd edək ki, ikinci dünya müharibəsində antihitler koalisiyasının Normandiyaya qoşun çıxarmasının 70 illiyi münasibəti ilə Fransada tədbir keçirilib. Görüş də həmin tədbir çərçivəsində baş tutub.

 


 

Aqşin Kərimov  

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?