Modern.az

Poroşenkonun inauqurasiyası ən təntənəli mərasim olacaq

Poroşenkonun inauqurasiyası ən təntənəli mərasim olacaq

Dünya

7 İyun 2014, 11:51

Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroşenkonun bu gün keçiriləcək inauqurasiyasının olduqca təntənəli keçəcəyi gözlənilir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Prezident Administrasiyası artıq bu təntənəli mərasimin proqramını açıqlayıb. Proqrama əsasən yerli vaxtla saat 10:00-da Ali Radanın təntənəli iclası başlayacaq.  Saat 11:10-da Sofiyski meydanında Ukrayna Silahlı Qüvvələrinin keçidi və prezidentin Ukrayna bayrağnın təntənəli yüksəyə qaldırma mərasimi olacaq. Xarici İşlər Nazirliyinin məlumatına görə, 20-yə yaxın ölkənin rəhbəri və hökuməti Proşenkonun inauqurasiyasında iştirakı təsdiqlənib. Onların arasında Polşa prezidenti Bronislav Komorovski, Litva dövlət başçısı Dalya Qribauskayte, İsveçrənin xarici işlər naziri Didye Burkxalter, Avropa İttifaqının prezidenti German van Rompey, ATƏT-in baş katibi Lamberto Zanyer də olacaqlar. ABŞ-ı mərasimdə vitse-prezident Cozef Baydenin rəhbərlik etdiyi nümayəndə təmsil edəcək. Ağ evdən verilən xəbərə görə, Baydenin Ukrayna liderləri ilə görüşü də nəzərdə tutulub. Kiyevə senator Con Makkeynlə dövlət katibinin köməkçisi Viktoriya Nuland da gələcəklər. Rusiyanı inauqurasiyada bu ölkənin Ukraynadakı səfiri Mixail Zurabov təmsil edəcək. Qeyd edək ki, o üç aydanda sonra yenidən Kiyevə qayıdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür