Modern.az

“Azərbaycanda istehsalçılara ciddi nəzarət olunmur” - Vahid Əhmədov

“Azərbaycanda istehsalçılara ciddi nəzarət olunmur” - Vahid Əhmədov

7 İyun 2014, 13:50

Hər bir insanın həyatda öncəliyi, göz bəbəyi tək qoruduğu varlığı- sağlamlığıdır. Müasir dövrdə ekoloji probemlərin də daxil olduğu,ətrafa zərərverən qüvvələrin heç də az olmadığını nəzərə alsaq, insanların ən azından gündəlik qəbul etdiyi qidalara çox böyük həssaslıqla yanaşdığı, hər şeyin ən keyfiyyətlisi və mümkün qədər zərərsiz olanına üstünlük verdikləri göz önündədir. Belə bir şəraitdə, bu qədər həssas bir mövzuda Azərbaycan istehsalçılarının sadəcə yüksək gəlir əldə etmək prinsiplərini öndə tutaraq, “Üstü bəzək, altı təzək” şəklində məhsul istehsalı, günümüzdəki vəziyyəti daha acınacaqlı hala salıb. Belə ki, istehsalata bu qədər nəzarətin olmasına baxmayaraq mövud vəziyyətin hələ də ürəkaçan olmaması düşündürücüdür. Bütün bunları nəzərə alaraq Modern.az saytı istehsalat probleminin həlli yollarını araşdırıb.

Mövzuyla bağlı Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov münasibət bildirib: “Bu, çox böyük bir problemdir və müasir dövrdə gün keçdikcə daha da aktuallaşır. Təbii ki, bunun həlli yolları da var. Milli Məclis tərəfindən faktiki olaraq bütün qanunlar qəbul olunub. Məhsulların yüksək keyfiyyətdə istehsalı üçün Azərbaycanda hər tərəfli şərait var. Qalan problemlər isə sahibkarın öz üzərinə düşən məsələlərdir. Buna nəzarəti isə bir qədər sərtləşdirmək lazımdır. Bildiyiniz kimi Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsində xüsusi labarotiyalar yaradılıb. Son vaxtlar daha çox vəsait cəlb olunub, müxtəlif avadanlıqlar alınıb. O cümlədən Respublika Gigiyena Epidemiologiya merkezi  Səhiyyə Nazirliyinin tərkibində bu işlərlə məşğuldur və s. nəzarət orqanlarının sayı kifayət qədərdir. Ama mənə elə gəlir ki, burda əsas məsuliyyət, sahibkarların, biznesmenlərin üzərinə düşür. Olara nəzarətin kifayət qədər olmaması, məhz  bu cür fəsadlara gətirib çıxardır. Belə ki, saydığım bütün nəzarət orqanları da ciddi olamılıdırlar. Belə başa düşürəm ki. Onlar öz sahələrinə yetərincə ciddi yanaşmırlar. Yəni yoxlamalar, sərt şəkildə aparılmalı və insanların sağlamlıqları ilə oynanılmamalıdır.” deyə açıqlama verib.

Məsələ ilə bağlı «Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Qadir İbrahimli isə mövcud problemi aradan qaldırmağın yeganə yolu rəqabət mühitinin yaradılmalı olduğunu deyib. “Təbii ki, bu kimi problemləri hər hansısa inzibati yolla həll etmək olar. Ama məncə bu elə də effektli olmayacaq. Belə olan halda həmin bazarda sadəcə rəqabət mühiti yaradılmalıdır. İstər istehsal, istər ticarət, istərsə də idxal, yəni bütün sahələr üzrə normal rəqabət mühiti yaradılanda həmin o inzibati müdaxilələrə ehtiyac olmur. Yəni bazar özü özünü tənzimləyir. Keyfiyyətsiz məhsullar, avtomatik olaraq bazardan çıxarılır və keyfiyyatli istehsalçılar bazarda qalır”.

Ayşən Mönsümlü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər