Modern.az

İnşaat mühəndisi Türkiyədə prezidentliyə namizəd oldu

İnşaat mühəndisi Türkiyədə prezidentliyə namizəd oldu

7 İyun 2014, 14:03



İzmirli inşaat mühəndisi Burhan Erol avqust ayında keçiriləcək prezidentlik seçkiləri üçün namizədliyini açıqlayıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir təmasları üçün şəhərə gələn dövlət başçısı Abdullah Gülə kartını verən Erol Güldən də görüş istəyib.
Məlumatda qeyd edilir ki, prezident Abdullah Gül F- 35 parçalarını istehsal edən fabrikin açılışının ardından iyunun 6-da axşam saat 20 radələrində Yeşilyurt Akevlerdə yaşayan dayısı professor  Əhməd Nazif Satoğlunu ziyarət edib. Təxminən 3 yarım saat davam edən ziyarətdən sonra evdən ayrılan dövlət başçısı Gülə vətəndaşlar hədsiz sevgi nümayiş etdiriblər. Prezidentlik seçkiləri üçün namizəd olduğunu açıqlayan izmirli inşaat mühəndisi Burhan Erol  Abdullah Gülə kartını verərək görüş istəyib. Türk vətəndaşı olaraq Konstitusiyanın verdiyi haqdan istifadə etdiyini söyləyən və namizəd olan 58 yaşındakı inşaat mühəndisi Burhan Erol deyib:
“Hörmətli CHP lideri Kamal Kılıçdaroğlu və MHP lideri Dövlət Bağçalıya qrup yığıncağında namizədliyimi elan etdim. Bu gün də dövlət başçımız Abdullah Gülə namizədlik vizit kartımı verdim”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir