Modern.az

Jurnalistlər Milli Məclisin komitə sədri ilə görüşdülər

Jurnalistlər Milli Məclisin komitə sədri ilə görüşdülər

25 İyun 2010, 16:00

Bu gün Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü  Milli Məclisdə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə görüşüblər. Görüşdə Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, bu cür gürüşlərin keçirilməsində məqsəd Milli Məclisin beş illik fəaliyyətinə komitə rəhbərinin münasibətini öyrənmək, komitənin gördüyü işlər, hazırladığı sənədlər barədə geniş məlumat əldə etmək, digər məsələlər barədə geniş diskussiya aparmaq, jurnalistləri maraqlandıran suallara cavab almaqdır. “Nəzərdə tutmuşuq ki, parlament seşkilərinə qədər bu prosesi başa çatdıraq”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova belə görüşlərin keçirilməsini təqdirəlayiq hal hesab edib və buna görə jurnalistlərə təşəkkürünü bildirib: “Çoxdandır ki, belə bir görüşü arzulayırdım. Bu gün Azərbaycan jurnalistikasında öz qələmi, öz sözü ilə yeri olan, özünü təsdiq etmiş jurnalistlərlə görüşmək mənim üçün də xoşdur. Çünki, biz hər birimiz eyni amala xidmət edirik. Bu gün cəmiyyətimizdə baş verən proseslərə münasibətlərin öyrənilməsi, ayrı-ayrı insanların fikir müxtəlifliyinin ortaya çıxarılması olduqca önəmlidir”. Rəbiyyət Aslanova həmçinin Azərbaycan mətbuatının bu günki durumuna da toxunub: 

“İyulun 22-də milli mətbuatımızın 135 illliyini qeyd edəcəyik. Bununla da əlaqədar möhtərəm prezidentimizin sərəncamı var. Sərəncamdan irəli gələn məqamlardan biri də odur ki, biz onu çox yüksək səviyyədə qeyd edək , mətbuatın qarşısında duran vəzifələrdən danışaq. Bir millət vəkili, alim, bir vətəndaş kimi də mənim mətbuata olan münasibətimin açıqlamasına böyük ehtiyac var. Azərbaycan mətbuatında bu gün konkret ünvanını tapmayan yazılar var. Sorğu keçirtsək, görərik ki, Azərbaycan mətbuatının 30 faizi xaricdə olan hadisələrə, 35 faizi şou-biznesə, 25 faizi qlobal problemlərə,  yalnız 10 faizi maarifləndirici məsələlərə yönlənib. Azərbaycan mətbuatı Azərbaycan gəncinin tələbini nəzərə almır”.

Görüş diskussiya şəkilində keçib. Komitə sədri jurnalistlərin digər suallarını da cavablanıdırıb.

Bu görüşdən daha geniş yazını və şəkilləri bir qədər sonra saytımızda yerləşdirəcəyik.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?