Modern.az

Rusların “tabe edilməmiş xalqı” - Tanımadığımız ÇUKÇALAR

Rusların “tabe edilməmiş xalqı” - Tanımadığımız ÇUKÇALAR

7 İyun 2014, 16:16

Bu xalq ruslarla fasiləsiz 150 il müharibə aparıb


Sovet dövründə çukçalar barəsində lətifələr çox məşhur idi. Adətən, çukçalar lətifələrdə sadəlövh, cahil və müasir həyat barəsində təsəvvürləri olmayan xalq kimi təsəvvür olunurdu.

Özlərini luoravetlan adlandıran bu xalq bəlkə də ruslar tərəfindən qəsdən lətifə qəhrəmanlarına çevrilmişdilər.

Şamanizmi provoslavlığa dəyişən xalq

Hələ XVII əsrin ortalarından başlayaraq Uzaq Şərqə doğru genişlənmək istəyən ruslar bu regionun aborigenləri arasında əsasən çukçaların müqaviməti ilə üzləşirlər. Yakutlar, karyaklar və eskimoslardan fərqli olaraq çukçalar yadelli işğalçıya müqavimət göstərmətyi üstün tutdular. 1648-ci ildə rus kazak dəstələrinin Çukotkaya daxil olmasından 1778-ci ilə qədər fasiləsiz 150 il müharibələr davam edib. Amma bu asılılıq da formal xarakter daşıyıb və dağınıq icmalar halında yaşayan çukçalar XX əsrin əvvəllərinə qədər ruslarla yalnız ticarət xatirinə ünsiyyətə daxil olurdular. Hələ XIX əsr Rusiya imperiyasında çap edilən xəritələrdə çukalar “tabe edilməmiş xalq” kimi göstərilib.

1930-cu illərdən başlayaraq Uzaq Şərqdə əmək düşərgələri (QULAQ) yaradılmağa başlanır. Bölgəyə sürgün edilən on minlərlə sovet vətəndaşı istər-istəməz çukçaların daha intensiv şəkildə sovet cəmiyyətinə inteqrasiya olmasına şərait yaradıb. Paralel olaraq əsrlərlə Rusiya imperiyasının tərkibində qalan çukçalar ənənəvi şamanizm dinini pravoslavlıqla əvəzlədilər. Müasir günümüzdə yalnız ucqar çukça məskənlərində şamanizm inancının elementlərti saxlanılıb. Ekspertlərin ehtimalına görə, XVII əsrin ortalarında rusların Çukotkaya gəlişinə qədər bölgədə 8-9 min arasında çukça yaşayıb. Uzunmüddətli müharibələr, assimilyasi və həyat səviyyəsinin aşağı olması onların artımına mane olan amillər sayılır. 



Abramoviçin çukçaları..

Günümüzdə çukçalar Rusiya Federasiyasının sərt iqlim şəraiti ilə seçilən şimal-şərq bölgələrindəki geniş arelda məskunlaşıblar. Onların burada hətta öz ərazi vahidləri – Çukotsk Muxtar Dairəsi mövcuddur. 721 min kvadrat kilometr sahəyə malik muxtar dairədən savayı, çukçalar Koryak və Yakutiya subyektlərinin ərazisində də yaşayırlar. Təəsüfləndirici faktdır ki, bu xalqın nümayəndələri son bir neçə əsrdə say baxımından xeyli geriləyiblər. Belə ki, 2010-cu ildə ümumrusiya siyahıyalma nəticələrinə əsasən, bu azsaylı xalqın cəmi 16 min nümayəndəsi var. Onların 12 min nəfəri Çukotsk Muxtar Dairəsində yaşayır. Bu yerdə qeyd etmək lazımdır ki, ümumilikdə, Çukotkada 50 min sakin yaşayır. Yəni aborigen xalq kimi çukçalar öz torpaqlarında ruslardan sonra ikinci çoxsaylı xlaqıdr. Çukçalara verilən muxtar dairə statusu da əslində formal xarakter daşıyır.     

Çukotsk Muxtar Dairəsinin bütün siyasi və administrativ hakimiyyəti rus milliyətindən olan məmurların əlində cəmləşib. Təsadüfi deyil ki, uzun illər bölgənin qubernatoru funksiyalarını milyarder Roman Abramoviç icra edib.



İri balıq sümüklərindən ev tikən çukçalar

Təcrid olunmuş həyat tərzi keçirmələri də çukçaların idarəetmə strukturlarında təmsil olunmalarını məhdudlaşdıran amillərdən biri hesab olunur. Ənənəvi olaraq bu xalqın nümayəndələri məşğluiyyətləri əsasında 2 yerə: tundra çukçalarına və sahil çukçalarına ayrılır. Tundra çukçaları ərazidən-əraziyə keçərək əsasən ovçuluqla məşğul olurlar. Tədricən onlar maral sürüləri saxlamağa və təsərrüfatda istifadə etməyə başladılar.

Sahil çukçaları isə əsasən balıqçılıqla məşğul olurdular. Onlar qış və payız aylarında kit və suiti ovlayırdılar. Əksər çukçalar tundranın dərinliklərində “yaranqa” adlanan tikililərdə yaşayırlar. Adətən belə tkililər ağaclardan yaxud iri balıqların sümüklərindən hazırlanır. Yaranqa qonaq gəldikdə ev sahibi “yetık” deyə onu qarşılayır. Bu sözün mənası “sən gəldin” kimi səslənir. Qonaq isə əvəzində “ii” yəni “hə” sözünü söyləməlidir. Maralçılığı əsas məşğuliyyətinə çevirən çukçalar sümükdən müxtəlif bəzək əşyaları hazırlamaq, xəz dəridən müxtəlif formalarda istifadə etmək kimi sənətkarlıq bacarıqları da var.
Onların məşiətində rəqslərinə də özünəməxsus yeri var. Ritual rəqs kimi piçeynen (boğzala oxumaq) tez-tez tətbiq olunur. Ənənəvi musiqi alətləri içərisində varqan və yarar əsas alətlərdir. Heç zaman öz əlifbaları olmayan çukçalar üçün 1931-ci ildə kirill qrafikalı əlifba hazırlanmışdı. Hazırda Çukotkada bu dildə məktəblər var, Maqadanda isə jurnal və qəzet çapı ilə məşğul olan mədəniyyət məkəzi fəaliyyət göstərir.

Uzun müddət soyuq ərazilərə sərt iqlim şəraitində yaşayan çukçalar çox qonaqpərvərdirlər. Hətta o qədər qonaqpərvərdirlər ki, hörmətli qonaq olarkən öz həyat yoldaşlarını belə, bir gecəlik təklif edə bilərlər. Bu xüsusi hörmət əlaməti sayılır. Azsaylı olmaları çukçaların həm də bir-birinin həyat toldaşını dəyşiməyə, qrup şəklinə evlənməyə vadar edir. Müsair insan üçün ağılagəlməz sayılan bu addım icmanın bütövlüyünü qorumaq üçün atılır. Maraqlıdır ki, köçəri çukçalar oturaq çukçalarla ünsiyyət saxlamır və onları özlərindən aşağı pillədə görürlər. Buna baxmayaraq tədricən, öz unikallığını saxlamış çukçaların sayı azalmaqdadır.









Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir