Modern.az

Gədəbəyin qaz problemi - ARDNŞ-dən məsələyə REAKSİYA

Gədəbəyin qaz problemi - ARDNŞ-dən məsələyə REAKSİYA

9 İyun 2014, 10:39



Bir müddət əvvəl Gədəbəyin 75 faizində qaz yoxdur deyə şikayət xəbərləri almışdıq. Gədəbəy rayon Qaz İstismarı İdarəsinin rəisi Məzahir Hüseynov isə. Kəndlərə qaz paylanılmamasının səbəbini ARDNŞ tərəfindən müvafiq layihənin hələlik təqdim edilməməsi ilə əlaqəli olduğunu deyib. Belə ki, idarə rəisi: "Gədəbəydə ümumilikdə şəhər mərkəzi də daxil olmaqla 7215 abonent qazlaşdırılıb. Ancaq ümumilikdə 109 yaşayış məntəqəsindən 26-sı qazlaşdırılıb. Əksəriyyəti yanacaqsızdır. Çünki layihə işlənməyib", – deyib.

Modern.az-a açıqlamasında ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, ölkənin qazlaşdırılması, regionların sosial-iqtisadi inkişafı layihələri çərçivəsində 2 layihə artıq həyata keçirilib. “Bu 2 layihənin nəzdində ölkənin qazlaşdırılması ilə bağlı böyük işlər görülüb. İndi növbəti layihə başlayır və bu layihədə hansı rayonlar nəzərdə tutulubsa, hamısı qazla təmin olunacaqlar. Onu da deyim ki, yeni layihədə Gədəbəy rayonunun olub-olmaması ilə bağlı dəqiq məlumat verə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, qazlaşdırma layihələri həmin strategiyaya uyğun həyata keçirilir“.

Ayşən Mönsümlü

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir