Modern.az

“Həzi Aslanov” stansiyası ətrafındakı hasar nə vaxt söküləcək? - Metropolitendən cavab

“Həzi Aslanov” stansiyası ətrafındakı hasar nə vaxt söküləcək? - Metropolitendən cavab

9 İyun 2014, 17:29

“Həzi Aslanov-2” metrostansiyasının tikintisi ilə əlaqədar olaraq həmin ərazi hasarlanıb. Stansiya tikintisi kifayət qədər vaxt alan bir proses olduğundan həmin ərazi uzun müddətdir ki, hasarlanmış olaraq qalıb”.
Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sözügedən ərazinin uzun müddətdir hasara alınmasına aydınlıq gətirərkən deyib.

N.Paşayev bildirib ki, “Həzi Aslanov-2” stansiyasının istifadəyə verilməsi bu dəqiqə mümkün deyil.

“Buna səbəb isə həmin stansiyanın “Yaşıl xətt”in davamı olacağıdır. “Xətai”  stansiyasından sonra Nobel prospekti boyunca çəkiləcək olan bir neçə stansiya “Həzi Aslanov-2” stansiyasında dayanır. Gələcək üçün isə onun davamı dairəvi olacaq, həmin xətt yenidən “Dərnəgül” stansiyasına gedib birləşəcək”.

Metropoliten rəsmisi bildirib ki, “Həzi Aslanov-2” tiklib istifadəyə verildikdən sonra o, keçid kimi istifadəyə veriləcək. Digər stansiyalarda tikinti işlərinin bitməsini gözləməyə ehtiyac yoxdur.
“Orada “Cəfər Cabbarlı”-“28 May” keçidi kimi Həzi Aslanov keçidi tikilir. Tikintisi nəzərdə tutulan stansiyalar istifadəyə verildikdən sonra birbaşa “Həzi Aslanov-2” stansiyasına birləşəcək”.

Qeyd edək ki, “Həzi Aslanov” metrostansiyasının ətrafı 3 ilə yaxındır ki, hasara alınıb. Sərnişinlərin gediş-gəlişinə mane olur. Sözügedən ərazidə avtobusların dayanması mümkün deyil.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir