Modern.az

Rusiyanın daha bir generalı ölüb

Rusiyanın daha bir generalı ölüb

Dünya

Bu gün, 18:02

Rusiyada “An-26” tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlər arasında Şimal donanmasının qarışıq aviasiya korpusunun komandiri, eyni zamanda Şimal donanmasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə üzrə 45-ci ordusunun keçmiş komandanı, general-leytenant Aleksandr Otroşçenko da olub.

Modern.az xəbər verir ki, yerli KİV-ə istinadən xəbər verir ki, qəzada həmçinin Şimal donanmasının qərargahında xidmət edən 6 zabitin də həlak olduğu bildirilir. Onların Severomorsk şəhərində yerləşən hərbi hissədə (v/h 45625) xidmət etdikləri qeyd olunur.

Hadisənin başvermə səbəbləri hələ də araşdırılır.

Qeyd edək ki, Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsi martin 31-i qəzaya uğrayıb, nəticədə 23 sərnişin və 6 heyət üzvü olmaqla, ümumilikdə 29 nəfər həlak olub.

Rusiya Müdafiə Nazirliyinin qəza ilə bağlı yaydığı ilkin məlumata görə, martın 31-də Moskva vaxtı ilə saat 18:00 radələrində Krım yarımadası üzərində planlaşdırılmış uçuş həyata keçirilərkən “An-26” təyyarəsi ilə əlaqə kəsilib. Axtarış-xilasetmə qrupu qəza yerini müəyyən edib. Hadisə yerindən daxil olan məlumatlara əsasən, göyərtədə olan bütün şəxslər həlak olmuşdu.
 
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır