Modern.az

İsrail parlamentində prezident seçkisi başlayıb

İsrail parlamentində prezident seçkisi başlayıb

Dünya

10 İyun 2014, 15:33



İsrail parlamentində 7 il dövlət başçısı olan Nobel mükafatı laureatı Şimon Peresi əvəzləyəcək şəxsin seçimi başlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu posta özünün dəstəklənməsi üçün 10 deputatın imzasını toplayan 5 nəfər iddialıdır. Yerli KİV ən real namizəd sağ düşərgənin təmsilçisi, Knessetin keçmiş spikeri, 74 yaşlı Reyven Rivlinanı hesab edir. O, hakim “Likud” Partiyasının nümayəndəsidir. Onun rəqibləri arasında sol mərkəzçi qüvvənin iki professional siyasətçilərindən sayılan Daliya İtsik və parlamentin ilk qadın spikeri olan və bir müddət prezident səlahiyyətlərini icra edən, eləcə də “Xa-Tnua” sol mərkəzçi hərəkatından deputat Meir Şitrit var. Bundan əlavə, prezidentlik kürsüsünə Ali Məhkəmənin istefada olan hakimi Daliya Dorner və kimya üzrə Nobel mükafatı laureatı Dan Şextman da iddialıdırlar. İsraildə dövlət başçısı gizli səsvermə ilə seçilir. Deputatın adı çəkiləndən sonra bülleteni doldurub zalın mərkəzindəki seçki qutusuna atır. Prezidentliyə namizədin qalib gəlməsi üçün 120 deputatdan 61-i onun lehinə səs verməlidir. Əgər lazım olan səs toplanılmırsa, analoji qaydada ikinci tur keçirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir