Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Niyaz Kərimov, Tofiq Qaranizadə və Oqtay Əliyev 500 ədəd saxta 100 manatlıq əskinazları 15.000 dollara satarkən tutulublar. Modern.az-ın məlumatına görə, xəbəri DİN mətbuat xidməti yayıb.