Modern.az

Dünyanı gözləyən yeni böhran

Dünyanı gözləyən yeni böhran

13 İyun 2014, 15:53


İraq Şam İslam Dövlətinin (İŞİD) bundan sonra gözlənilən hücumu neftin qiymətini 20 dollar birdən artıracaq və yalnız Türkiyəyə 10 milyard dollarlıq əlavə faktura çıxartdıracaq. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD İraqdakı sərhədlərini genişlədərərkən kabus ssenariləri də bir-bir yazılmağa başlayır. Tək bunlar arasında elə bir ssenari var ki, bütün dünyanı çox yaxından maraqlandırır. Reallaşa biləcək ssenarinin həyata keçməsi halında isə dünyanı yeni bir böhran gözləyir. O da neft böhranı...

İŞİD-in niyyətində neft var

“Haber 7”nin şərhçisi Kənan Bitərin xəbərinə görə, Suriyanın neft əsaslarından Rakka və Deyr Ezzor şəhərlərini idarəsinə tabe etdirən İŞİD İraqda da gözünü tamamilə neft mərkəzli strateji şəhərlərə çevirib. İraqın neftlə zəngin şəhəri Mosulda hakimiyyəti ələ keçirdikdən sonra irəliləyişini sürətləndirən İŞİD Kərkükün də böyük hissəsində varlığını hiss etdirməyə başlayıb. Digər tərəfdən, ölkənin ən böyük neftayırma zavodunun olduğu Becini də əhatə edən yaraqlıların neft ehtiyatlarına yönələn strategiyası da bütün dünya tərəfindən həyəcanla izlənilməyə başlayıb.

Tarixi böhran qapıdadır

Mütəxəssislərə görə, İŞİD ələ keçirdiyi neft mədənləri və boru xətlərinə istiqamətlənəcək bir hücum nəticəsində neftin qiyməti 20 dollar artacaq və dünya neft bazarında tarixi bir böhranın yaşanmasına gətirib çıxaracaq. Bu böhran isə xammal qiymətlərində ciddi artımların yaşanması ilə nəticələnəcək və dünya iqtisadiyyatını dərindən sarsıdacaq və durğunluğa da yol aça biləcək.

Neft təhdid altında

İraqın əhəmiyyətli neft istehsal mərkəzlərinin Mosula yaxın olduğunu və xüsusilə Kərkükün çox əhəmiyyətli bir neft istehsalı mərkəzi olduğunu vurğulayan Enerji Təhlükəsizliyi Araşdırmaları Mərkəzi (EGAM) başçısı Həsən Səlim Özertem, bu baxımdan baxıldığında İŞİD-in cənuba doğru irəliləməsinin Kərkük neft istehsal sahələrinin təhdid altında ola biləcəyini dəqiq bir şəkildə gözlər önünə sərdiyini söyləyib.

Hədəfdə boru xətləri və neftayırma zavodları var

Bu bölgədən Kərkük-Ceyhan boru xəttinin də keçdiyini və bu xətdən gündə orta hesabla 400 min barrel neftin İraqdan Türkiyəyə daşındığını da sözlərinə əlavə edən Özertem deyib: “Qarşı-qarşıya olduğumuz qrupun çox ciddi terror hərəkətləri etmə imkanına sahib olduğunu bilirik. Bu baxımdan ilk hədəfdə ola biləcək yerlər arasında boru xətləri, neft istehsal sahələri və neftayırma zavodu təsisləri var. Ona görə bu gün yalnız bir işğaldan deyil, eyni zamanda sabitliksizliyin daha geniş bir coğrafiyaya yayıla bilmə potensialı ilə qarşı-qarşıya olduğumuzu söyləməliyəm”.

Onun fikrincə, neft xətləri üzərinə reallaşacaq bir hücumdan sonra neft bazarlarında artım 5 ilə 20 dollar arasında qorxuducu bir rəqəm ola bilər: “Yaşanan proseslər indidən neft bazarını da hərəkətləndirməyə başladıb. Bir neçə gün içində neft qiymətləri bölgədəki xaotik vəziyyət səbəbindən 6 ayın zirvəsinə çıxaraq 113 dollar səviyyəsini aşıb. Digər tərəfdən, bir çox məhsulun xammalı olan neftin qiymətinin 20 dollarlıq artmasını kimsə ağılına da gətirmək istəmir. Çünki baş verə biləcək ssenarinin reallaşması halında dünya iqtisadiyyatlarında ciddi mənfi proseslər başlayacaq və çox ağır nəticələrə gətirib çıxaracaq. Yalnız Türkiyəyə enerji mənasında 20 dollarlıq bir artımın gətirəcəyi əlavə xərc 10 milyard dollara çata biləcək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi