Modern.az

“Əkinçi” ilə başlanan yol...

“Əkinçi” ilə başlanan yol...

Media

29 İyun 2010, 12:08

Milli Mətbuatımızın yaradılmasından 135 il keçir. Azərbaycan dilində işıq üzü görən ilk milli qəzet olan “Əkinçi”nin 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər ümumilikdə 56 sayı işıq üzü görüb. Ayda iki dəfə 300-400 tirajla nəşr olunmasına baxmayaraq, "Əkinçi"nin çapdan çıxması və iki illik fəaliyyəti milli mətbuatımızın ömürlük təməlini qoyub. “Əkinçi”nin qısa mövcudluğu ana dilində qəzet çıxarmağın mümkünlüyü və gərəkliyini ictimai düşüncəyə yeridə bilib.

"Əkinçi" qəzeti ilə Milli mətbuatımızın tarixi başlansa da, ondan sonra mətbuatda müxtəlif dövrlər yaşandı. Elə bunun nəticəsi idi ki, "Əkinçi"  ilə başlanan yol sonradan ara məsafələrlə “Kaspi”, “Kəşkül”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet-jurnalla davam etdi. Bütün bu qəzet və jurnallar ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar.

Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Azərbaycan və rus dillərində "Azərbaycan" qəzetinin nəşri böyük hadisəyə çevrildi. 1918-ci ilin sentyabrından işıq üzü görən ilk rəsmi qəzet “Azərbaycan” milli demokratik mətbuatımızın ən yaxşı ənənələrinə sahib çıxdı. Bu qəzet sözün əsl mənasında AXC dövrü mətbuat tariximizin zəngin salnaməsinə çevrildi, qısa bir zaman kəsiyində mətbuatla cəmiyyətin sıx təmasını yarada bildi.

Dövrün ideoloji ruporuna çevrilən Sovet Azərbaycanı mətbuatı isə çox da yüksək səviyyədə deyildi. Amma Sovet jurnalistika məktəbi kifayət qədər güclü idi, ixtisaslaşma var idi. O illərdə söz azadlığından başqa həyatın bütün sferası nəşr olunan qəzetlərdə əks olunurdu. Bu da təbii ki, mətbuatın hərtərəfli inkişafına imkan vermirdi.  

Azərbaycanın müstəqil mətbuatı isə 90-cı illərdən sonra yaranmağa başladı. Bu da çox maraqlı və əhəmiyyətli bir proses idi. Sovet İttifaqının dağılması və ondan əvvəlki dövr, milli hərəkatın güclənməsi, Azərbaycan xalqının birləşməsi və milli həmrəyliyin nümayişi, əlbəttə, milli mətbuatımıza da güclü təsir göstərirdi. Bəzi hallarda yeni yaranan mətbuat bu işdə aparıcı rol oynayırdı. Milli hərəkatın yaranmasında azad mətbuatın rolu çox yüksək oldu.

Əlbəttə, Sovet İttifaqının şinelindən çıxan Azərbaycan üçün o dövrdə söz azadlığı bir yenilik idi. Şübhəsiz ki, insanlar söz azadlığına, onun ənənələrinə hələ öyrəşməmişdilər. Kolxoz-sovxoz düşüncəsindən yeni çıxan cəmiyyətdə hər bir tənqidi yazı, məqalə böyük maraq doğururdu.

90-cı illərin əvvəllərində mətbuata qarşı dözümsüzlük halları da kifayət qədər güclü idi. 1991-ci ilin 18 oktyabrında elan olunan dövlət müstəqilliyimiz isə azad, demokratik mətbuatını da fəaliyyəti üçün tarixi yol açdı. Həmin illərdə Azərbaycanda, sözün əsil mənasında, müstəqil mətbuata böyük ehtiyac var idi. Çünki, o dövrdə mətbuatın müstəqilliyi cəmiyyətin sifarişi idi. 

 

 

Dövlət - me­dia nasibətləri 

 

1993-cü ildən başlayaraq me­dia­nın mad­di, iq­ti­sa­di ba­za­sı­nın zəif­li­yi yazılı mətbuatın fəaliyyətinə ağır zərbə vurdu. Bu zəif­lik nə­ti­cə­sin­də me­dia ay­rı­-ay­rı im­kan­lı in­san­lar­dan, qu­rum­lar­dan, siyasi partiyalardan ası­lı və­ziy­yə­tə dü­şdü. Çox təəssüf ki, bu asılılıq bu və ya digər mənada bu gün də qalmaqdadır. Müs­tə­qil me­dia­nın ən mü­hüm prob­le­mi də elə məhz bu­ oldu. Müstəqilliyin ilk illərində me­dia özü­nü tam tə­min edə bil­mədi, jur­na­list­lə­rə la­yiq­li hə­yat şə­rai­ti ya­ra­tmadı, is­tər­-is­tə­məz kimlərdənsə ası­lı və­ziy­yə­tə dü­şməyə məhkum oldu. Əlbəttə, bu­nun sə­bəb­lə­ri o dövr üçün aşağıdakılar kimi xarakterizə olunurdu: Azər­baycan­da iq­ti­sa­di in­ki­şafın hə­lə də tam ba­zar iq­ti­sa­diy­ya­tı qa­nun­la­rı­na keç­məməsi, çox­lu sayda qə­zetlərin möv­cudluğu və mətbua­tın həd­dən ar­tıq si­ya­si­ləş­mə­si­ və s. 

Təbii ki, jur­na­lis­ti­ka mə­də­niy­yət, elm və di­gər sa­hə­lər ki­mi ba­zar iq­ti­sa­diy­ya­tı­na çə­tin uy­ğun­la­şan bir sa­hə­dir. Azər­bay­can­da rek­lam ba­za­rı­nın zəif­li­yi, iq­ti­sa­di in­ki­şa­fın bir­dən-­bi­rə baş ver­mə­mə­si me­dia­nın və­ziy­yə­ti­ni da­ha çox bazardan - alıcı­-oxucudan  ası­lı və­ziy­yə­tə salıb. O­dur ki, ötən müd­dət­də Azər­bay­can me­dia­sı­nın ya­şa­dı­ğı prob­lem­lər bü­töv­lük­də cə­miy­yə­ti­n üzləşdiyi  prob­lem­lər­dən heç də kə­nar­da, əla­hid­də ol­ma­yıb.

Dövlətin mətbuatın inkişafına yönəlik köklü islahatlarının ideoloqu və icraçısı ümummilli lider Heydər Əliyev olub. Azərbaycanda senzura 1998-ci ildə Hey­dər Əli­yev tə­rə­fin­dən ləğv olu­ndu və bu dövr­dən me­dia­nın müs­tə­qil­lik ta­ri­xi baş­la­dı. Ancaq me­dia­nın sen­zu­ra­dan azad edil­mə­si dər­hal onun in­ki­şa­fı­na gə­ti­rib çı­xar­ma­dı. Bü­tün sa­hə­lər­də ol­du­ğu ki­mi mətbua­tın da özü­nə­məx­sus prob­lem­lə­ri oldu və ötən müddətdə bu problemlərin həllinə demək olar ki, nail olundu. Bəzi problemlərin həllinə isə daha çox özündənmüştəbeh media maqnatlarımızın kaprizləri mane olurdu.

Etiraf edək ki, son illərdə dövlət Azərbaycanda jurnalistikanın inkişafına bu və ya digər mənada dəstək verib. Öl­kə­də mətbua­tın in­ki­şa­fı ilə bağ­lı döv­lət tə­rə­fin­dən gö­rü­lən iş­lər, atılan addımlar birmənalı olaraq dövlət – mediya münasibətlərinin tənzimlənməsində avanqard rolunu oynayıb. Dövlət Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil KİV-in formalaşmasına ən azı cəhd edib, dördüncü hakimiyyət adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaradıb. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr aradan qaldırılıb. Sevindirici haldır ki, bəzi istisnalarla qəzetlərin heç biri öz dövriyyələrində məhdudiyyətlərlə üzləşməyiblər.

Bu gün ölkənin me­dia or­qan­la­rı əsas ver­gi­lər­dən azad olu­nub. Me­dia­nın in­ki­şa­fı ilə bağ­lı döv­lə­tin xü­su­si sə­rən­cam­la­rı, fər­man­la­rı olub. Vaxtilə me­dia­ya gü­zəşt­li kre­dit­lər ve­ri­lib, ke­çid döv­rün­də mətbua­tın Azər­baycan Nəş­riy­a­tı­na olan borc­la­rı döv­lət he­sa­bı­na si­li­nib.

2001-­ci il­dən baş­la­ya­raq, me­dia­da sö­zün hə­qi­qi mə­na­sın­da in­ki­şaf me­yil­lə­ri mü­şa­hi­də olunub. Azər­bay­can Av­ro­pa Şu­ra­sı­na da­xil ol­duq­dan son­ra KİV-lə bağ­lı qa­nun­ve­rici­lik ye­ni­lə­nib. Nə­ticə­də me­dia üzə­rin­dən de­mək olar ki, bü­tün döv­lət tən­zim­lə­mə me­xa­nizm­lə­ri ara­dan qal­dı­rı­lıb.

Bu gün Azər­bay­can post­so­vet mə­ka­nın­da az saylı döv­lətlər­dən bi­ri­dir ki, bu­ra­da me­dia fəa­liy­yə­ti ilə məş­ğul ol­maq üçün heç ki­min ica­zə­si tələb olunmur. Düşünürəm ki, mediada anarxiyanın yaranmasında bu sistemin də mənfi təsirləri az deyil.   

Ha­zır­da öl­kə­mi­zin nə­zə­rə­çar­pacaq in­ki­şa­fı ilə me­dia­mı­zın du­ru­mu ara­sın­da də kəs­kin fərq­lər möv­cuddur. Me­dia­nın ağır iq­ti­sa­di və­ziy­yə­ti on­la­rı müx­tə­lif tə­rəf­lə­rin, ci­nah­la­rın, qu­rum­la­rın hi­ma­yə­si­nə sı­ğın­ma­ğa, ək­sər hal­lar­da isə ha­mi­lə­ri­nin ru­po­ru­na çev­ril­mə­yə sövq edir.

Azərbaycanda KİV-in keyfiyyət və kəmiyyət göstəricilərinə görə MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birini tutur. Qəzet və jurnalların yalnız 10-15 faizi hökumət strukturları tərəfindən təsis edilib. Qəzetlərin 65 faizindən çoxu müxalifət yönümlü siyasi və ictimai təşkilatlara, özəl strukturlara və hüquqi şəxslərə məxsusdur.

Rəsmi informasiya əldə edilməsinə hökumət strukturları tərəfindən məhdudiyyət qoyulmur. Qanunla müxtəlif nazirliklərin və digər dövlət orqanlarının mətbuat xidmətləri rəsmi informasiyanın ictimaiyyətə çatdırılmasına cavabdehdirlər.

 

Təşkilatlanaraq parçalanan mətbuat

 

Mətbuatın fəaliyyətini tənzimləyən məlum qurumun (Mətbuat və İnformasiya Nazirliyi) ləğv edilməsindən sonra yazılı KİV-də hərc-mərclik höküm sürməyə başladı. Bu proses uzun çəkməsə də jurnalistlərin təşkilatlanmaya meyilliliyi hiss olunmurdu. Ayrı-ayrı jurnalist təşkilatlarının yaranması isə təşkilatlanma demək deyildi. Onların bəziləri beynəlxalq jurnalist təşkilatlarının - donorların bölgə koordinatorluğu funkusiyasını yerinə yetirirdilər. Beynəlxalq jurnalist təşkilatlarının buradakı mirzələri gecə-gündüz ölkənin əleyhinə “danons” yazmaqla məşğul idi. Bir sözlə qrant almaq üçün dəridən-qabıqdan çıxan mirzələr ölkə KİV-nin təşkilatlanmasına maraq göstərmirdilər.  

Belə olan təqdirdə yazılı KİV-in vahid qurum altında birləşməsi ideyası gündəmə gəldi. İfadə və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addımın 2003-cü ildə Mətbuat Şurasının yaradılması ilə atıldı. Bu orqan müstəqil, dövlətin heç bir müdaxiləsi olmadan jurnalistlərin özləri tərəfindən təsis edildi. Əsas funksiyası isə KİV ilə fərdlər, həmçinin özəl şirkətlər arasında mübahisələrin məhkəmə çəkişmələrinədək aradan qaldırılmasından ibarət oldu. Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir.

Heç kimə sirr deyil ki, yarandığı ilk illərdə Mətbuat Şurasından siyasi məqsədlər üçün istifadə etmək istəyən qüvvələr az deyildi. Onlar Şuranı beynəlxalq jurnalist təşkilatlarının inhisarına salaraq qrant adı altında milyonlar qazanmaq və hakimiyyəti davamlı təsir altında saxlamaq niyyətini güdürdülər. Etiraf edək ki, bir vaxtlar həmin qüvvələrlə eyni xəttə olan və sonradan yaranmaqda olan MŞ-ya sədr olmaq üçün namizədliyini irəli sürən Ə.Amaşov barədə də beyinlərdə qarışıqlıq var idi. Lakin çox keçmədi ki, Amaşov artıq onların girovundan sıyrılmağın vaxtı çatdığını dərk etdi. Bu hələ jurnalistlərin ötən qurultaylarından çox-çox əvvəl baş vermişdi. Açıq etiraf edək ki, Amaşovun bu manevri sonuncu qurultay ərəfəsində bəzi köhnə dostlarını onun sədr kimi fəaliyyətini davam etdirib-etdirməmək dilemması ilə qarşı-qarşıya qoymuşdu. Onlar Ə.Amaşovu mətbuat tarixinin oxunmayan arxivinə göndərmək istəyirdilər. Amma müstəqil və hakimiyyətə loyallığı ilə tanınan mətbuatın qurultayda iştirak edən nümayəndələri Ə.Amaşovu bu uçrumdan xilas etdilər. Amma belə götürdükdə Ə.Amaşov fəaliyyəti müddətində daha çox qurultayda onun əleyhinə kampaniya aparan, ondan-bundan xahiş edib əleyhinə səs yığmaq istəyən jurnalistlərə bu və ya digər mənada dəstək göstərib. Müstəqil və yaxud da hakimiyyətə loyallığı ilə seçilən KİV-lərə və nümayəndələrinə yuxarıdan aşağı baxıb. Sonuncular sadəcə Şuraya üzvlük haqqı lazım olanda, kütləvi tədbirlərdə yada düşüb.

Bunlar bir neçə ildə - hamımızın gözləri qarşısında baş verib. Amma müstəqil mətbuat və jurnalist olaraq çoxumuz Amaşovdan incimir, problemə prinsip nöqteyi-nəzərindən yanaşmırıq. Bütün bunlara baxmayaraq Amaşovu dəstəkləməkdə heç də yanılmamışıq. Çünki Amaşov o dövr üçün (həm də indi) Şura sədrliyinə ən layiqli namizəd idi.  

Fəaliyyəti müddətində Mətbuat Şurasının sədri kimi Amaşov elə də ciddi müsbət işlər görməyib. Bu işlərin görülməməsinin bir səbəbi də Amaşov deyil, Şuranın maddi və səlahiyyət imkanlarının məhdud olması ilə bağlıdır.

Şura Aparatının formalaşmasında, qurumun yerlə təmin olunmasında, hakimiyyətlə, cəmiyyətlə mətbuat arasında nizamlayıcı funkusiyanın yaradılmasında Amaşovun cəhdləri qismən uğurlu alınıb. 

Bu gün Mətbuat Şu­ra­sı­nın fəa­liy­yə­ti­nin əsas his­sə­si­ni ötən illərdə olduğu  kimi şi­ka­yət və mü­ra­ciət­lə­rə ba­xıl­ma­sı təş­kil edir. Hesab edirəm ki, bu qurumun fəaliyyətində əsas istiqamət media maarifçiliyi olmalı idi. Artıq Mətbuat Şurası keçid dövrünü çoxdan keçib. MŞ daha çox jurnalistlərin təcrübələrinin artırılması ilə məşğul olmalıdır. Ara tədbirləri istisna olmaqla təəssüf ki, MŞ bu istiqamətdə köklü dəyişikliklərə imza ata bilməyib. Qeyd etdiymiz kimi, ötən illərdə MŞ gücünün çox his­sə­si­ni təş­ki­lat­lan­ma­ya, qu­rucu­lu­ğa sərf e­dib. Ob­yek­tiv və sub­yek­tiv sə­bəb­lər­dən nə­zər­də tutulan, vəd edilən işlərin bir qis­mi­nə nail olunmayıb. Am­ma çox ağır mər­hə­lə ar­xa­da qa­lıb. Da­ha ef­fek­tiv fəa­liy­yə­tə real im­kan­lar qaçırılıb.

Əlbəttə, bu heç də MŞ-nın fəa­liy­yəti müddətində heç nə etməyib anlamına gəlməməlidir. Bu za­man kə­si­yin­də ya­rım­çıq qa­lan işlər də az de­yil. Beş il əv­və­lə bax­dıq­da, han­sı çə­tin­lik­lə­rin dəf edil­di­yi­ni in­di də ay­dın­lıq­la dərk et­mək müm­kün­dür. Amma gö­rü­lə­si iş­lər də çox­dur.

Cəsarətlə deyə bilərik ki, bu gün Azər­baycan mətbua­tı­nın iki əsas prob­le­mindən biri həll olunub. O da me­dia ilə məş­ğul olan döv­lət qu­rum­unun -  KİV DDF-nin yaradılması ideyasının reallığa çevrilməsidir. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuatın inkişafına göstərilən xidmətin bariz nümunəsidir.

KİV DDF-nin bir qurum olaraq yazılı mətbuata maddi dəstəyi mediamızın maliyyə problemlərini qismən də olsa aradan qaldırıb. Bunula yanaşı, ölkə prezidentinin hər il mətbuat günü münasibəti ilə bir sıra KİV-lərə birdəfəlik maliyyə yardımlarının ayrılması barədə sərəncamı da problemlərin həllinə yardımçı olub.

 

Əyalət mətbuatının inkişafa ehtiyacı var

Əlbəttə, müstəqil qəzetin prinsipləri tamam fərqlidir. Elə ona görə də bu gün əyalətdə müstəqil qəzet çıxarmaq çox çətindir. Bölgədə fəaliyyət göstərmək isə daha çox fədakarlıq tələb edir. Əyalət qəzetlərində texniki təchizat, informasiya-kommunikasiya texnologiyaları və jurnalist fəaliyyətini asanlaşdıran digər zəruri ehtiyaclara nail olmaq çətindir. Bu çətinliklərdən ən başlıcası isə iqtisadi və kadr çatışmazlığı problemidir. Qəzetlər işləmək üçün kadr, insanlar isə onlara normal xəbər daşıyan jurnalistləri tapa bilmir. Bu səbəblər üzündən əyalətdə fəaliyyət göstərən müstəqil qəzetlərin xəbər daşıyıcısı funksiyasını yerinə yetirmək şansları da sıfıra bərabərdir. Çünki, bu qəzetlər ən yaxşı halda həftədə, ən pis halda isə ayda bir dəfə işıq üzü görür. Bölgədə bu gün baş verən hər hansı bir hadisəni əyalət qəzeti ən yaxşı halda bir həftədən sonra oxucuya çatdırır. Ona qədər isə oxucu həmin xəbəri elektron KİV-dən və yaxud da paytaxtda nəşr olunun yazılı mediadan çox asanlıqla əldə edə bilir.

Belə olan halda niyə məhz əyalətdə müstəqil qəzet təsis edirlər? Əlbəttə, məqsəd bölgə əhalisinə xəbər daşımaq deyil. Yuxarıda bəhs etdiyimiz məlum səbəblərdən bu məsuliyyəti heç kim üzərinə göturə bilməz.   

Əyalətin müstəqil qəzetləri fəaliyyətlərində regionun tarixi, mədəniyyəti, adət-ənənəsi, əhalinin məşğuliyyəti, ictimai-siyasi, sosial uğurları və problemlərinin təbliği üzərində qurmalıdırlar. Bu işdə təbii ki, rayon rəhbərliyi başda olmaqla digər yerli strukturların mənəvi dəstəyinə ehtiyac var. Çünki onlarla qarşılıqlı əməkdaşlıq olmadan rayonlarda baş verən hadisələri oxucuya obyektiv çatdırmaq problemi ilə üzləşə bilərlər. Və yaxud da məqalələr, informasiyalar birtərəfli qaydada işıqlandırılar.  

Müstəqil qəzetin digər mühüm məqsədi ölkənin regionlarının sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən Dövlət Proqramının bölgə mətbuatında daha keyfiyyətli işıqlandırılmasını və vətəndaşların bununla bağlı intensiv və dolğun informasiya əldə etmələrini təmin etməkdir. Yerli mətbuat nümayəndələrinin peşəkarlıq bacarıqlarını artırılmaqla paralel, regionların sosial-iqtisadi inkişafı ilə bağlı maarifləndirmə işində mətbuatın rolu  gücləndirilməlidir. Hazırda Azərbaycanın müxtəlif regionlarında ölkənin sosial-iqtisadi inkişafının təbliği sahəsində yerli mətbuatın fəaliyyətində çatışmazlıqlar var. Əvvəla, yerli mətbuat regionların inkişafı ilə bağlı Dövlət Proqramlarına uyğun olaraq görülmüş işləri yetərincə işıqlandıra bilmir. Bir çox hallarda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət siyasətinin mahiyyətindən məlumatsızlıq yerli jurnalistlərin də bu mövzularda peşəkar materiallar hazırlamasına, təhlillərin, kəmiyyət və keyfiyyət müqayisələrinin aparılmasına mane olur. Bu baxımdan xüsusilə bölgələrdə regionların sosial-iqtisadi inkişafından yazan jurnalist kontingentinin formalaş­dırıl­masına və inkişaf etdirilməsinə böyük ehtiyac var. Region əhalisinin maarifləndirilməsində də əyalət qəzetlərinin üzərinə böyük məsuliyyət düşür.

 

Son söz əvəzi

 

Bu gün Azər­baycan jur­na­list­lə­ri­nin pe­şə­kar­lı­ğı­nın aşa­ğı səviyyədə ol­ma­sı ilə bağlı deyilənlər əsasən həqiqəti əks etdirmir. Bu o de­mək de­yil ki, Azər­baycan mətbua­tı yalnız peşəkarlardan ibarətdir. La­kin pe­şə­karların sa­yı, qeyri-peşəkarların sa­yın­dan də­fələrlə çox­dur. Azərbaycanda təsis olunan KİV-lərin sayının həddən artıq çoxluğu, onların bu sahə ilə məşğul olması anlamına gəlməməlidir. Biz peşəkar və qeyri-peşəkarları hər gün nəşr olunan KİV-lərdə axtarmalıyıq. Ayda, ildə və ümumiyyətlə təsis olunandan sonra bir-iki dəfə nəşr olunan KİV-lərdə peşəkar axtarmaq yanlış olardı. 

Amma gəlin özümüz olaraq bir məsələni də etiraf edək. Bu da mətbuat olaraq hər zaman cəmiyyətin bütün sferasında islahatların aparılmasını təbliğ etməyimizlə bağlıdır. İstər elmdə, istərsə də idarəetmənin müxtəlif sahələrində gəncləşməni, yeniliyi və inkişafı başlıca meyarı hesab edirik. Belə olan halda özümüz nə qədər yenilənirik və yaxud da mətbuat idarəçiliyində yerdəyişmələrə-gəncləşməyə meyillik varmı, ümumiyyətlə bu proses gedirmi?

Müşahidələr göstərir ki, mətbuat olaraq ancaq digər sahələrdə nöqsan axtarmaqla məşğuluq. Digər sahələrdən fərqli olaraq özümüzün yeniliyə meyilimiz yoxdur. İstər yazılı, istərsə də elektron KİV ayrı-ayrı fərdlərin şəxsi mallarına çevrilib. Onlar bu KİV-lərdən təsərrüfat subyekti kimi istifadə edirlər.  

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi