Modern.az

Dünya Çempionatı-2014: Daha iki qrupda oyunlar oldu - NƏTİCƏLƏR

Dünya Çempionatı-2014: Daha iki qrupda oyunlar oldu - NƏTİCƏLƏR

Reportaj

15 İyun 2014, 12:11


Braziliyada futbol üzrə 20-ci Dünya Çempionatında mübarizə getdikcə qızışır. Ötən gecə daha bir neçə oyunlar keçirilib.

Modern.az-ın məlumatına görə, C qrupunda Yunanıstan Kolumbiya ilə üz-üzə gəlib. Bu oyunda Kolumbiya millisi yunanları 3:0 hesabı ilə məğlub edib.
C qrupundakı digər oyunda Yaponiya yığması ilə Fil Dişi Sahili (Kot dİivuar) qarşılaşıb. Afrika təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

D qrupunda Uruqvay millisi Kosta-Rika ilə qarşılaşıb. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan uruqvaylılar ikinci hissədə qapılarında 3 qol görüblər - 1:3.
 
Bu qrupda İngiltərə - İtaliya oyunu da keçirilib. Görüşdə qələbə qazanan İtaliya komandası qrupda liderliyə yüksəlib.

C qrupu

Kolumbiya - Yunanıstan - 3:0
Fil Dişi Sahili - Yaponiya - 2:1

D qrupu

Uruqvay - Kosta Rika - 1:3
İngiltərə - İtaliya - 1:2

Bu gecə daha üç oyun baş tutacaq:

15 iyun

E qrupu

21:00. İsveçrə - Ekvador
00:00. Fransa - Honduras

F qrupu

03:00. Argentina - Bosniya və Herseqovina

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı