Modern.az

Primadonnanın nəvəsi sevgilisindən ayrıldı - FOTOLAR

Primadonnanın nəvəsi sevgilisindən ayrıldı - FOTOLAR

15 İyun 2014, 13:45

Rusiya estradasının primadonnası Alla Puqaçovanın məşhur nəvəsi Nikita Presnyakov sevgilisindən ayrılıb. Modern.az-ın məlumatına görə, bu xəbər Rusiya mediasında müzakirələrə, söz-söhbətlərə yol açıb. Məsələ burasındadır ki, Nikita gələn ay 4 ildən çoxdur bir yerdə yaşadığı bu xanımıla –qazax gözəli Aida Kaliyeva ilə rəsmən evlənəcəkdi.

Nikita Presnyakov Alla Puqaçovanın qızı Kristina Orbakayte ilə Vladimir Presnyakovun oğludur. Nikita hazırda ABŞ-da yaşayır, Aida Kaliyeva ilə də elə orada tanış olub.

Nikita Presnyakovla Aida Kaliyevanın ayrılma xəbərini qazax xanım özünün Instagram səhifəsində paylaşıb. O, bunun səbəbini açıqlamaq istəməyib. Amma sosial şəbəkələrdə yayılan xəbərlərə görə, cütlüyün ayrılmasına Aidanın qısqanclığı səbəb olub. Belə ki, sosial şəbəkələrdə Nikitanın Alyona Krasnova adlı xanımla yayılan şəkilləri qazaxıstanlı gözəli hiddətləndirib.

Qeyd edək ki, 65 yaşlı Alla Puqaçovanın özü ötən il əkiz uşaq anası olub. Uşaqların atası Alla Puqaçovanın özündən xeyli cavan əri Maksim Qalkindir, amam körpələr surroqat anadan dünyaya gəliblər. Rusiya şou biznesinin ən populyar cütlüyünün əkizlərindən biri oğlu və biri qızdır.  Alla Puqaçovanın bir qızı, iki nəvəsi də var.








A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər