Modern.az

Taliban səs verənlərin barmaqlarını kəsdi

Taliban səs verənlərin barmaqlarını kəsdi

15 İyun 2014, 20:15



Əfqanıstanda iyunun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda səsvermə zamanı Taliban hərəkatının həyata keçirdiyi hücumda 46 nəfər ölüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Taliban yaraqlıları səs verən bəzi seçicilərin boyalı barmaqlarını kəsib. Qeyd edək ki, bu seçkilərdə 7 milyon seçicinin iştirak edib. Əfqanıstan Müstəqil Seçki Komisyyasının rəhbəri Yusuf Nurustani deyib ki, seçki ölkə ərazisində ciddi problem yaşanmadan başa çatıb.

Ancaq Talibanın hücumu zamanı 46 nəfər həyatını itirib. Bundan başqa, Taliban Herat bölgəsində səsvermədə iştirak edən bir çox seçicinin boyalı barmaqlarını kəsməkdən belə çəkinməyib. Bəzi məlumatlara görə, ən azı 11 seçicinin barmağı kəsilib və onlar xəstəxanlara yerləşdiriliblər. İkinci turun ilkin nəticələrinin iyulun 2-də açıqlanacağı bildirilir. Bu turda keçmiş daxili işlər naziri Abdullah Abdullah və keçmiş maliyyə naziri Əşrəf Qəni Əhmədzey yarışıblar.

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?