Modern.az

Artur Rasizadə Azərbaycan insanı üçün minimum ərzaq səbətini müəyyənləşdirib - SİYAHI

Artur Rasizadə Azərbaycan insanı üçün minimum ərzaq səbətini müəyyənləşdirib - SİYAHI

16 İyun 2014, 13:07

Baş nazir Artur Rasizadə bir neçə gün öncə imzaladığı qərarla Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibində dəyişiklik edib. Modern.az saytının xəbərinə görə, bu qərarla Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları, eləcə də xidmətlərin siyahısı müəyənləşib.

Qeyd edək ki, hazırda Azərbaycanda  yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib.



Maraqlıdır, bəs Azərbaycan insanı yaşayış üçün ən azı hansı məhsul və xidmətlərdən istifadə etməlidir? Modern.az Azərbaycan Baş nazirinin təsdiqlədiyi rəsmi siyahını təqdim edir:

Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi

1. Ərzaq məhsulları (kq-la illik)

Sıra

№-si

 

Əmək qabiliyyətli əhali

Pensiyaçılar

Uşaqlar

0-15 yaş

 

1.

Çörək və çörək məhsulları (una çevirməklə)

136.8

107.9

100.5

2.

Kartof

54.8

40.2

42.0

3.

Tərəvəz və bostan məhsulları

97.2

85.2

100.7

4.

Meyvə və giləmeyvə

38.0

32.0

76.0

5.

Ət və ət məhsulları

32.9

25.6

29.6

6.

Süd və süd məhsulları (südə çevirməklə)

223.6

233.8

258.6

7.

Balıq və balıq məhsulları

7.7

6.8

8.0

8.

Yumurta (ədəd)

150

100

183

9.

Şəkər və qənnadı məmulatları

16.9

15.8

19.7

10.

Bitki yağı, marqarin və digər piylər

10.9

8.4

7.0

11.

Kərə yağı

7.0

5.8

6.0

12.

Digər məhsullar

4.7

3.3

4.0

 2. Qeyri-ərzaq malları

Sıra

№-si

 

Ölçü vahidi/

aşınma müddəti

Əmək qabiliyyətli əhali

Pensiyaçılar

Uşaqlar

0-15 yaş

1.

Palto tipli üst geyimləri qrupu

ədəd/il

3/8

3/9

3/2.6

2.

Kostyum tipli üst geyimləri

ədəd/il

9/4.2

8/4.8

12/2

3.

Alt geyimləri

ədəd/il

9/2.5

9/2.7

12/2

4.

Corab məmulatları

cüt/il

7/1.5

4.5/2

6/1.3

5.

Baş geyimləri və xırdavat məmulatları

ədəd/il

4/5

3/6.4

4/3

6.

Ayaqqabı

cüt/il

6/3.5

5/3.5

6/1.3

7.

Məktəb-yazı ləvazimatları

ədəd/il

3/1

3/1

41/1

8.

Yataq ləvazimatları

ədəd/il

11/7.1

11/7.1

11/7.1

9.

Mədəni məişət və təsərrüfat malları

ədəd/il

14/10.2

14/10.2

14/10.2

10.

İlkin tələbat və sanitariya əşyaları, dərmanlar

bir ayda qeyri-ərzaq mallarına sərf olunan xərclərə görə faizlə

10

10

10

 3. Xidmətlər                                      

Sıra

№-si

Xidmətlərin adı

Ölçü vahidi

İstehlakın həcmi (orta hesabla adambaşına bir ildə)

 

əmək qabiliyyətli əhali

pensiyaçılar

uşaqlar 0-15 yaş

 

1.                 

Mənzil

ümumi sahə kv.m

12

12

12

2.                 

Mənzillərin qızdırılması

ümumi sahə kv.m

12

12

12

3.                 

İsti və soyuq su təchizatı

ayda m3

5

5

5

4.                 

Kanalizasiya

ayda m3

5

5

5

5.                 

Qaz təchizatı

ayda m3

21

21

21

6.                 

Enerji təchizatı

ayda kVt/s

50

50

50

7.                 

Nəqliyyat xidmətləri

bir ildə gediş

692

365

406

8.                 

Rabitə*

aylıq tarif

-

-

-

9.                 

İnternet xidmətləri**

aylıq tarif

-

-

-

10.              

Digər xidmətlər

bir ayda xidmət-lərə sərf olunan ümumi xərcə görə faizlə

15

15

15

       

* Azərbaycan Respublikasında aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən edilir.

**İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.

 

Qeyd edək ki, bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?