Modern.az

“Azəriqaz”da dəyişiklik - iki regional idarə yaradılır

“Azəriqaz”da dəyişiklik - iki regional idarə yaradılır

İqtisadiyyat

17 İyun 2014, 11:58



“Azəriqaz” mövcud xərclərin optimallaşdırılmasını təmin etmək məqsədilə bu gündən etibarən Dövlət Neft Şirkəti rəhbərinin əmrinə əsasən, “Xaçmaz” və “Salyan” regional qaz-istismar idarələri yaradılır. Bu barədə məlumatı Modern.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin sözçüsü Araz Ağayev verib.

“Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar qaz-istismar sahələri yenidən təşkil edilərək onların bazasında “Xaçmaz Regional Qaz İstismarı İdarəsi”, Salyan, Saatlı, Sabirabad, Neftçala, Şirvan, İmişli, Hacıqabul qaz-istismarı sahələri yenidən təşkil edilərək Salyan Regional Qaz İstismarı İdarəsi yaradılır”.

A. Ağayev bildirib ki, Baş Ofisin İnsan Resursları Departamenti struktur dəyişikliyi ilə bağlı ixtisar məsələsinə nəzarət edəcək. “Əmək münasibətlərinin həmin təşkilatlarda çalışan işçilərin əmək münasibətlərinin davam etdirilməsi imkanları araşdırılır. Bu istiqamətdə mövcud qanunvericiliyə və Dövlət Neft Şirkətinin daxili normativ sənədlərinə uyğun tədbirlər görüləcək”.  

Gülşən RAUFQIZI
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı