Modern.az

İran prezidenti dünyanı çaşdırdı - Ruhani ilk dəfə ev geyimində görüntüləndi - FOTOLAR

İran prezidenti dünyanı çaşdırdı - Ruhani ilk dəfə ev geyimində görüntüləndi - FOTOLAR

17 İyun 2014, 15:17

Mülayim xarakteri ilə tanınan İran prezidenti Həsən Ruhani həm ölkəsində, həm də xaricdə onu izləyənləri çaşdırmaqda davam edir. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, prezidentlik fəaliyyəti başlayan gündən bu yana İranı hər gün bir addım daha çölə açan Ruhani bu dəfə Braziliyada keçirilən futbol üzrə dünya kuboku yarışlarında İran milli komandasının Nigeriya ilə qarşılaşmasını izləyərkən göstərilib.

Yayılan bir fotoşəkildə Ruhani əmmaməsiz və əbasız, idman geyimində əyləşərək oyunu izləyir. Bundan əlavə, kadrda milli komandanın dünya kubokundakı həyəcanını paylaşan İran prezidentinin çay içərək meyvə və çərəzdən istifadə etdiyi də görünür.

Xatırladaq ki, İran və Nigeriya oyununda qapılara qol vurulmayıb.








Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!