Modern.az

Lukaşenko “Yanukoviç”in tutulmasını tələb etdi

Lukaşenko “Yanukoviç”in tutulmasını tələb etdi

18 İyun 2014, 14:28



Belarus prezidenti Aleksandr Lukaşenkonu qalmaqallı telefon oyunu bərk qəzəbləndirib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu qalmaqala görə prezidentin adyutantı və hökumətlə rabitəyə cavabdeh şəxs artıq cəzalandırılıb. Bununla yanaşı, Lukaşenko tələb edib ki, telefon zarafatcılı bir həftə ərzində tutulub yem ehtiyatı toplayan briqadaya işləməyə göndərilməlidir. Əks halda, həmin işi görmək üçün Belarus Dövlət Təhlükəsizlik Komitəsinin və Prezident Administrasiyasının rəhbərləri gedəcəklər.

Xatırladaq ki, məşhur Vovan222 telefon təxribatçısı Aleksandr Lukaşenkoya zəng edərək özünü Ukraynadan qaçan prezident Viktor Yanukoviçin oğlu kimi təqdim edib. Bu olay əməlli-başlı qalmaqala səbəb olub.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?