Modern.az

İŞİD-in daha bir vəhşiliyi: kəsdikləri adamın başı ilə futbol oynayırlar

İŞİD-in daha bir vəhşiliyi: kəsdikləri adamın başı ilə futbol oynayırlar

19 İyun 2014, 11:51

İraqda keçən həftə Mosulu ələ keçirdikdən sonra Türkiyə konsulluğuna hücum edən və 49 nəfəri girov götürən terror təşkilatı “İraq Şam İslam Dövləti” (İŞİD) qətliamlarını davam etdirir. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatının üzvü olan canilər günahsız insanları yalnız sünni olmadıqları üçün güllələyir, başlarını kəsir və bu görüntüləri videoya çəkib yayırlar. Dünyada böyük reaksiyaya səbəb olan bu insanlıqdan kənar vəhşilik görüntülərinə, insanın qanını donduran bir yenisi əlavə olunub.

Canilər Braziliyada keçirilən Dünya Kubokuna alternativ olaraq göstərdikləri bir fotoşəkili Twitterdən paylaşıblar. İŞİD qatilləri bir girovun başını bədənindən ayırdıqdan sonra kəsik başla futbol oynayırlar. İSİS Worldcup (İSİS Dünya kuboku) başlığı ilə özlərini Ronaldo, Messi, İniyesta, baş məşqçi Maurinyo adlandıran qatillər hətta heç nə olmamış kimi gülərək poza verməkdən belə vaz keçmirlər.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir