Modern.az

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi şagird qəbuluna davam edir - ELAN

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi şagird qəbuluna davam edir - ELAN

Aktual

21 İyun 2014, 14:35


Modern.az
saytı xəbər verir ki, Bakı Dövlət Universitetinin nəzdində yaradılmış Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi 2014-2015-ci tədris ili üçün şagird qəbulunu davam etdirir. Elanda bildirilir ki, liseyn VI-IX sinfinə qəbul olunmaq isyətən şagirdlər sənədlərini 12 iyun-4iyul aralığında təqdim etməlidirlər.
Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi BDU-nun rektorunun və TDV-nin səlahiyyətli şəxslərinin 13.06.1994- cü ildə imzaladığı protokola əsasən Azərbaycan Respublikası Təhsil Nazirinin 03.08.1994-cü il 502 saylı əmri ilə BDU nəzdində dünyəvi təhsil həyata keçirən lisey olaraq fəaliyyətə başlayıb. 

Elanda göstərilib:

TDV Bakı Türk Liseyi 2014-2015-ci dərs ili üçün VI-IX sinfə şagird qəbulu elan edir. Liseydə dərslər Təhsil Nazirliyinin Ümumi orta təhsil məktəblərində tədris olunan dərs proqramına uyğun olaraq keçirilir. Təhsil pulsuzdur və Azərbaycan dilindədir.

1. Müraciət müddəti və qəbul şərtləri

Liseydə təhsil almaq üçün iyun ayının 12-dən iyul ayının 4-dək hər gün saat 13.00-dan 19.00-a qədər, 2014-cü ildə V və VIII sinifdə oxuyan şagirdlər müraciət edə bilərlər.

2. Təqdim olunacaq sənədlər

a) Şagirdin V-VIII sinifdə oxuduğunu təsdiq edən və məktəbin möhürü ilə təsdiq olunmuş arayış (möhür şəklin üzərinə vurulmalıdır)
b) 2 ədəd fotoşəkil (3x4 ölçüdə)
c) Yaş kağızının surəti

3. İmtahan tarixi və yeri

Qəbul imtahanı 2014-cü il iyul ayının 6-da, bazar günü, saat 10-da Liseyin binasında keçiriləcək

4. İmtahan fənləri və imtahan şəkli

V sinif şagirdləri (Ana dili, Ədəbiyyat, Riyaziyyat, Tarix, İngilis dili və Həyat bilgisi), VIII sinif şagirdləri üçün isə seçdikləri ixtisas qrupu üzrə fənlərdən test üsulu üzrə imtahanlar keçiriləcəkdir. Suallar Azərbaycan dilindədir.

5. İmtahan nəticələrinin elanı

Qəbul nəticələri 12/07/2014-cü ildə, saat 11.00-da Liseydə elan ediləcək.

6. Əlavələr

İmtahana ancaq 04/07/2014-cü il tarixinə qədər müraciət edən və Lisey rəhbərliyi tərəfindən buraxılış vəsiqəsi verilmiş şagirdlər buraxılacaq.

Şagirdlər imtahana:

a. İmtahana buraxılış vəsiqəsi
b. 2 ədəd karandaş qələm və 1 ədəd pozan ilə gəlməlidirlər

Ünvan:
BDU Tələbə Şəhərciyi, Mətbuat pr., 36/6, Yasamal rayonu
Əlaqə telefonlar: 434 55 80 / 432 93 24
www.tdv-btl.edu.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır