Modern.az

Qarabağ danışıqlarına görə güllələnmiş Karen Dəmirçyanın oğlu Bakıya GƏLİR

Qarabağ danışıqlarına  görə güllələnmiş Karen Dəmirçyanın oğlu Bakıya GƏLİR

23 İyun 2014, 12:11

ATƏT PA-nın iyunun 28-də Bakıda keçirləcək 23-cü sessiyasında iştriak etmək üçün Azərbaycana gələn erməni deputatlarından biri Ermənistanın Kommunist Partiysının keçmiş birinci katibi olmuş Karen Dəmirçiyanın oğlu Stepan Dəmirçyandır. Modern.az bildirir ki, 

1974-1988-ci illərtdə Ermənistan SSR Kommunist partiyasının MK-nin 1-ci katibi olan Karen Dəmirçiyan Dağlıq Qarabağda separatçı hərəkat başlanan zaman Moskvanın göstərişi ilə vəzifəsindən azad olunmuşdu. 1999-cu ilin 10 iyununda parlament spikeri təyin olunan Karen Dəmirçiyan bu vəzifədə 6 ay fəaliyyət göstərir. 1999-cu ildə ABŞ-ın Qarabağla bağlı sülh planının hazırlığında iştirak edən K. Dəmirçiyan oktyabrın 27-də Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan və daha 6 deputat Nairi Unanyanın başçılıq etdiyi terrorçu qrup tərəfindən parlamentdə güllələniblər.  

Qeyd edək ki, nümayəndə heyətinin elan olunmuş heyətində iqtidardakı “Ermənistan Respublika Partiyası”ndan olan depuat Artaşes Qeqamyan “Azərbaycanın apardığı siyasətə etiraz” olaraq Bakıya gəlməyəcəyini bildirib. Lakin müxalifətdə olan digər iki  deputat - “Ermənistan Xalq Partiyası”nın sədri Stepan Dəmirçiyan və “Çiçəklənən Ermənistan” partiyasından Stepan Marqaryan qatılacaq. Stepan Dəmirçiyan Ermənistan parlamentinin güllələnmiş spikeri, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı zamanı öldürülən Karen Dəmirçiyanın oğludur.

 

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir