Modern.az

NSNBC şərhçisi: “İŞİD” Ankaradakı ABŞ səfirliyindən idarə olunur”

NSNBC şərhçisi: “İŞİD” Ankaradakı ABŞ səfirliyindən idarə olunur”

24 İyun 2014, 11:53

NSNBC şərhçisi Kristof Lehmann Suriya və İraqda tüğyan edən “İŞİD” təhlükəsinin köklərini araşdırıb.

Modern.az xəbər verir ki, nüfuzlu ABŞ KİV-inin təhlilçisi bu qənaətə gəlib ki, Yaxın Şərqdəki son siyasi-hərbi proseslər birbaşa olaraq Ankaradakı ABŞ səfirliyindən idarə olunur.

Öz qənaətlərində K. Lehmann səudi-livanlı milyarder Saad Haririyə yaxın qaynaqlara istinad edir. “İŞİD-in əsas vəzifəsi İraqı bölmək, Suriyadakı savaşı böyük Yaxın Şərq müharibəsinə çevirmək və İranı bu savaşa cəlb etməkdir”, – deyən şərhçi iddia edir ki, bu haqda qərar 2013-cü ilin 22-23 noyabrında Türkiyədə toplanan Atlantik Şurası Enerji Zirvəsinin qapalı iclasında qəbul edilib.

K. Lehmann bildirir ki, rəhbəri Frederik Kempenin olduğu Atlantik Şurasının iclasında Türkiyə prezidenti Abdullah Gül, ABŞ enerji naziri Ernst Monitz, keçmiş dövlət katibi Madlen Olbrayt, keçmiş Milli Təhlükəsizlik Şurası katibi Brent Skoucroft iştirak ediblər. “Sonuncu şəxs Henry Kissincer və İraqın şimalındakı kürd liderləri ilə sıx əlaqələrə malikdir”.

K. Lehmann müxalifətin ələ keçirdiyi bölgələrdə Suriya neftinin nəqlinə icazə verildiyini xatırladır. ABŞ-ın İraq baş naziri Nuri əl-Maliki ilə neft ixracı məsələsində anlaşa bilmədiklərini vurğulayan müəllif qeyd edir ki, plana əsasən, İraqdakı “İŞİD”-in Deyr əz-Zor bölgəsini ələ keçirdiyi təqdirdə neftin Kərkük-Ceyhan boru xətti ilə nəqli də başlayacaqdı. “Ankara Malikiyə kürd muxtariyyəti və neft nəqli məsələsində dəfələrlə təzyiq göstərdi”, – deyə şərhçi qeyd edir. O, Türkiyə ilə bərabər, Səudiyyə Ərəbistanı və Qətərin də rəsmi Bağdada düşmən kəsildiyini yazır.

NSNCB-dəki məqalənin sonunda qeyd olunur: “ABŞ-ın Ankaradakı səfirliyi əməliyyatın qərargahıdır. Səfir Rikkardione olmadan heç bir şey yerindən tərpənmir”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi