Modern.az

YAP Prezidentə qarşı aksiyanı TƏXRİBAT adlandırdı:”Bu erməni fitnəkarlığıdır”

YAP Prezidentə qarşı aksiyanı TƏXRİBAT adlandırdı:”Bu erməni fitnəkarlığıdır”

Aktual

24 İyun 2014, 18:17

Prezidentin AŞPA-da çıxışı zaman təxribata əl atanların davranışı fitnəkarlıqdır. Belə adamların milli hissi, milli marağı yoxdur”. Bunu Modern.az-a Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyib. “Bu cür insanlar həmişə öz maraqlarından, xeyirlərindən ötrü Azərbaycanın maraqlarını ayaqlar altına atmağa hazırdırlar. Çünki belə insanları erməni lobbisi idarə edir. Onlar ayrı-ayrı qrupların, dairələrin sifarişlərini yerinə yetirirlər. Ona görə mən bu cür hərəkətləri qətiyyətlə pisləyirəm”.

M. Qurbanlı onu da qeyd edib ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, eləcə də ölkəmizin dünyadakı mövqeyini göstərir. Onun sözlərinə görə, belə olan halda milli hissi olan adam dövlətinin başçısına, yaxud öz dövlətinə qarşı belə hərəkət etməməlidir. “Ölkə daxilində müxtəlif siyasi fikirlilik ola bilər. Lakin bunu özümüz öz daxilimizdə həll etməliyik. Gedib düşmən Ermənistanın nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatda öz ölkənin əleyhinə bu cür hərəkətlər etmək “mən erməninin yanındayam”, “mən erməniyə xidmət edirəm” deməkdir. Onlar bununla da antimilli ünsür olduqlarını nümayiş etdirdilər. Bu cür fitnəkarlığı, təxribatları radikal müxalifət və onların ətrafındakılardan görmüşük. Azərbaycan xalqı isə bu cür hərəkətləri qətiyyətlə pisləyir, belə adamları rədd edir və həmişə rədd edəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin AŞPA-da çıxışı zamanı Avropada yaşayan bir qrup azərbaycanlının xüsusi köynəklər geyinərək etiraz edib.

Gültəkin ƏLƏSGƏR
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür