Modern.az

Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının sammiti işə başlayır

Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının sammiti işə başlayır

Təhsil

2 Oktyabr 2009, 12:51

Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikasında Türkdilli ölkələrin dövlət başçılarının sammiti işinə başlayır. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdulla Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev iştirak edəcəklər.
Sammitin yekunları üzrə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Bəyannaməsi və Sazişi imzalanacaq.
Xatırladaq ki, Türkdilli ölkələrin dövlət başçılarının ilk sammiti 1992-ci il 30-31 oktyabr tarixlərində Türkiyə Prezidenti Turqut Ozalın dəvəti ilə Ankara şəhərində keçirilmişdi. Onun işində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan prezidentləri iştirak etmişdirlər.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir