Modern.az

Təhsil Nazirliyi: “Yalnız 52 nəfər direktorlar üçün təlimlərdə iştirak hüququ qazanıb”

Təhsil Nazirliyi: “Yalnız 52 nəfər direktorlar üçün təlimlərdə iştirak hüququ qazanıb”

Aktual

25 İyun 2014, 17:00


Bir müddət əvvəl Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan etmişdi. İlkin mərhələdə yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək təlimlərin müddəti 3 ay (21 yanvar-21 aprel) əhatə edirdi.

Təhsil Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 700 nəfərdən yalnız 52 nəfər təlimdə iştirak etmək hüququ qazanıb: “Təhsil Nazirliyinin məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təşkil etdiyi təlimlər yekunlaşıb. Təlimlərdə iştirak etmək istəyən namizədlər üç müvafiq mərhələdən ibarət müsabiqədən keçiblər. Birinci mərhələdə 700 nəfər pedaqoji kadr elektron ərizə ilə müraciət edib. Təqdim olunan elektron ərizələrə istinadən aparılan seçim əsasında növbəti mərhələyə 164 nəfər pedaqoji kadr keçə bilib. İkinci mərhələdə namizədlərin yazı və məntiqi düşüncə qabiliyyətləri qiymətləndirilib və 77 nəfər üçüncü mərhələyə keçib. Sonuncu – müsahibə mərhələsinin nəticələrinə əsasən təlimlərdə 52 nəfər namizəd təlimdə iştirak etmək hüququ qazanıb.

Təhsil Nazirliyinin və müvafiq təşkilatların nümayəndələrinin iştirakı ilə məruzələr də təşkil olunub. Təlimdə iştirak edən müdavimlərin yekun qiymətləndirilməsi keçirilib”.

 

Misranə Həsənzadə

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!