Modern.az

Suriyadan kritik XƏBƏR: “Əl Nusra” İŞİD-lə birləşir

Suriyadan kritik XƏBƏR: “Əl Nusra” İŞİD-lə birləşir

25 İyun 2014, 22:36

“Əl Qaidə”nin Suriya qanadı olan “Əl Nusra” cəbhəsi İraq Şam İslam Dövləti ilə (İŞİD) qüvvələrini birləşdirir. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Əl Nusra” İŞİD-lə bağlılığına sədaqət andı içib.

Sosial şəbəkələrdə “Əl Nusra”nın Suriya-İraq sərhədində yerləşən Albu Kamal bölgəsi üzrə məsul şəxsi Əbu Yusif Əl Masrinin İŞİD-ə görə and içdiyini göstərən foto yayımlanıb.

Suriya İnsan Haqları Müşahidə Mərkəzi isə bildirib ki, “Əl Nusra” Albu Kamalda çox güclü dayaqlara malikdir. “İŞİD Albu Kamalı ələ keçirdi deyə bilmərik, amma onlar artıq adıçəkilən yerə gəliblər”,-deyə bildirilib.

Modern.az



Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər